Burada balıqlar 100 ildən çox yaşayır - Sirli Mariana çuxuru - VİDEO
Marian çuxuru Yer kürəsində məlum olan ən dərin nöqtədir.
Sonxeber.az-ın məlumatına görə, çökəklik Sakit okeanda, Quam adasının cənub-qərbində, Yaponiya və İndoneziya arasında, hər iki ölkədən təxminən bərabər məsafədə yerləşir.
Son hesablamalara görə, onun ən dərin nöqtəsi təxminən 10.994 metr, uzunluğu 2542 kilometr, eni isə 69 kilometrdir.
"Challenger deep" kimi də tanınan təbii formasiya Sakit okean və Mariana plitəsinin toqquşması nəticəsində əmələ gəlib və iki plitə sərhədində yerləşir.
Kütləsi 1 kiloqram olan metal parçası suya atılan zaman dibə çatması təxminən 1 saat çəkir. Dibdəki təzyiq yerdəki təzyiqdən təxminən 1000 dəfə yüksəkdir.
Qeyd edək ki, Mariana xəndəyində həyat əlamətləri var. Tədqiqatlar nəticəsində həddindən artıq təzyiq və soyuq mühitlərdə yaşaya bilən bir çox mikroorqanizm, balıq və xərçəng növləri aşkarlanıb.
Bu qədər dərinlikdə yaşayan balıq növlərinin həyatı yüzlərlə il çəkə bilər. Buradakı canlıların qədim tarixdən əvvəlki dövrlərdən bəri eyni qaldığı düşünülür.
Mariana xəndəyinə ilk eniş edənlər isveçrəli alim Jak Pikar və ABŞ Hərbi Dəniz Qüvvələrinin leytenantı Donald Uolş olub. Onlar 1960-cı ildə 5 saatlıq dalış nəticəsində təxminən 12.000 metr dərinliyə çatıblar.
Aysel SƏFƏRZADƏ
Sonxeber.az
Telegramda izləyin
Turizm Baxılıb: 2411 Tarix: 04 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Haaretz": İsrail "erməni soyqırımı"nı tanımaqla heç nə qazanmayacaq
İsrail "erməni soyqırımı"nı tanımaq üçün uğursuz məqam seçib və ölkə bu qərardan heç nə qazanmayacaq. "Report" xəbər verir ki, bu barədə İsrailin "Haaretz" nəşri diplomatik mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, bu qərar (İsrail hökumətinin - red.) Ermənistanı
4 iyulYaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq
Yaponiya hökuməti 2030-cu maliyyə ilində yeni və ucuz raketlərin kütləvi istehsalına başlamağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Nikkei" qəzeti məlumat yayıb. Söhbət uzaqmənzilli qanadlı raketlərdən gedir. Yeni strategiya müəlliflərinin şərti düşmənin gəmilərini d
3 oktyabrSEPAH: Ötən gün Hörmüz boğazından 20 gəmi keçib
Son 24 saat ərzində Hörmüz boğazından 20 gəmi keçib. "Report"un məlumatına görə, bu barədə "Al Jazeera" İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin məlumatına istinadən xəbər verib. "Son 24 saat ərzində İran hərbçiləri 20 gəminin Hörmüz boğazından keçidin
30 mayOteldə İNTİHAR: müştəri özünü binadan atdı
Rusiyanın paytaxtı Moskvada otelin müştərisi intihar edib. yerli mediaya istinadla bildirir ki, hadisə saat gecə saatlarında Leninski prospektindəki yerləşən "Salyut" otelində baş verib. Moskva vilayətinin Mıtişi şəhərindən olan 37 yaşlı kişi binanın pəncərəsindən özünü atıb və hadisə yerind
19 oktyabr 2025Gürcüstanda bəzi sahələrdə əcnəbilərin işləməsi qadağan edilir
Gürcüstan hökumətinin xüsusi qərarı ilə 2026-cı il martın 1-dən etibarən ölkədə xarici vətəndaşların bir sıra sahələrdə işləməsi tam şəkildə məhdudlaşdırılacaq. xəbər verir ki, məlumatı "Sputnik Gürcüstan" yayıb. Yeni qaydalara əsasən, əcnəbilərin kuryerlikdə, sərnişin daşımalarında, o cümlədə
22 fevralAzərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
Bu ilin yanvar-mart aylarında Azərbaycan Asiyanın əsas bölgəsindən ümumilikdə 94 min 846 turist qəbul edib. "Report" rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,7 % azdır. Belə ki, Cənubi Asiyadan gələnlərin sayı 52,1 % azalaraq 34 031 nəfər, Mərkəz
30 mayAzərbaycana Avropadan turist axını 15 % artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycana Avropa ölkələrindən 41 941 turist səfər edib. "Report" rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 % çoxdur. O cümlədən, hesabat dövründə Şərqi Avropa ölkələrindən Azərbaycana 20 731 turist gəlib. Bu da
30 may