Türkiyədəki zəlzələ ilə bağlı YENİ və ŞOK DETALLAR - Nəhəng enerji aşkara çıxdı
Türkiyədə baş verən zəlzələ fəlakətinin gücündən çox dağıdıcılığı müzakirə mövzusudur. Çünki oxşar maqnitudalı bəzi zəlzələlər olub ki, belə böyük əraziyə və əhaliyə təsir etməyib.
ABŞ Geoloji Xidməti (USGS) Türkiyənin 10 şəhərində böyük dağıntılara səbəb olan, təxminən 15 milyon insanın təsirə məruz qaldığı və 8 ölkədə hiss edilən zəlzələnin niyə bu qədər dağıdıcı olduğunu araşdırıb.
Amerikanın "Washington Post" qəzetində dərc edilən məqaləyə görə, zəlzələ zamanı seysmik aktivlik və ayrılan enerji zəlzələlərin dağıdıcılığında infrastruktur problemləri qədər təsirlidir.
Qəzet yazıb ki, bu cür təbii fəlakətləri ölümcül edən hadisə zamanı buraxılan enerjidir.
Zəlzələlərin intensivliyi loqarifmik olaraq ölçülür və hər dərəcə arasında 10 vahid fərq var. Məsələn, 7,0 bal gücündə zəlzələ 6,0 bal gücündə zəlzələdən 10 dəfə, 5,0 bal gücündə isə zəlzələdən isə 100 dəfə güclü hesab olunur. Zəlzələ zamanı buraxılan enerjilər hər vahiddə 32 dəfə güclənir.
USGS-nin geofiziki Dara Qoldberq deyir: "4.0 və 4.1 bal gücündə zəlzələ ilə 7.7 və 7.8 bal gücündə zəlzələlər arasında buraxılan enerji eyni deyil".
Kahramanmaraş mərkəzli zəlzələ fəlakəti son bir ildə dünyada baş vermiş zəlzələlər nəticəsində buraxılan ümumi enerjinin yüzdə 26-sına bərabərdir. Başqa sözlə, təkcə Türkiyədə baş vermiş zəlzələlər bir ildə buraxılan yeraltı enerjinin dörddə birinin bir gündə buraxılması deməkdir. Bu da zəlzələni kifayət qədər dağıdıcı edir. Həmçinin Türkiyədə baş vermiş iki zəlzələnin buraxdığı enerji son 3 ayda dünyada qeydə alınan bütün zəlzələlərdən ayrılan enerjilərin cəmindən çoxdur.
Türkiyədə baş vermiş dəhşətli zəlzələnin gücünü belə izah etmək olar:
- Zəlzələ zamanı ayrılan enerji alimlər tərəfindən "joul" (jul) ilə hesablanır. Beynəlxalq Vahidlər Sistemində enerji iş və ya istilik miqdarından əldə edilən ölçü vahidi kimi müəyyən edilir. Zəlzələnin şiddətindən başqa, ayrılan enerjini (iş-istiliyi) ölçmək üçün də istifadə olunur.
- USGS-nin ölçmələrinə görə, Kahramanmaraşda 7,8 bal gücündə zəlzələ 30 petajul olaraq ölçülüb. Müqayisə üçün bildirək ki, 2010-cu ildə 300.000-dən çox adamın ölümünə səbəb olan 7.0 bal gücündə Haiti zəlzələsinin buraxdığı enerji cəmi 2.1 petajul olaraq ölçülmüşdü. Yəni Türkiyədəki 7,8 bal gücündə zəlzələ buraxılan enerji baxımından Haitidəki zəlzələnin təxminən 15 qatına bərabərdir.
- 30 petajul enerji bir il ərzində 774 min evin enerji ehtiyacını ödəyə bilər.
- 5 mindən çox Boeing 747-100B tipli təyyarənin çənləri bu enerji ilə tam doldurula bilər./Musavat
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 3747 Tarix: 12 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kos: Yalnız islahatlarda irəliləyən ölkələr Aİ-yə daxil ola biləcək
Yalnız islahatların aparılmasında və zəruri tələblərin yerinə yetirilməsində irəliləyiş əldə edən namizəd ölkələr Avropa İttifaqının üzvü ola biləcəklər. "Report"un Avropa bürosu xəbər verir ki, bu barədə genişlənmə məsələləri üzrə avrokomissar Marta Kos Lüksemburqda Aİ-nin Xarici İşlər Şurasını
12 oktyabrİsrail ordusu Qəzzada HƏMAS-ın komandirlərini zərərsizləşdirdi
İsrail Müdafiə Ordusu Qəzza zolağına endirdiyi iki zərbə nəticəsində "İslami Cihad" qruplaşmasının bölük komandirini və HƏMAS-ın hərbi qanadının "Nuxba" xüsusi təyinatlı dəstəsinin üzvünü zərərsizləşdirib. xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirili
11 oktyabrKanadada United Airlines təyyarəsi təcili eniş etdi
Vaşinqtondan Amsterdama uçan və Atlantik okeanı üzərindən qəza siqnalı ötürən United Airlines təyyarəsi Kanadanın Sent Con Beynəlxalq Hava Limanına təcili eniş edib. xəbər verir ki, təyyarə Vaşinqtondan havaya qalxıb və Amsterdama yola düşüb. Lakin Atlantik okeanı üzərindən uçarkən təyyarə qəfildən "ümum
12 oktyabrTramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
ABŞ Prezidenti Donald Tramp Ukraynaya yeni prezidentin lazım olduğunu bildirib. "Report" xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evin qarşısında jurnalistlərlə söhbətində bildirib. Trampın sözlərinə görə, Ukrayna lideri Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsini "dəfələrlə"
11 oktyabrFransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Fransa hakimiyyəti respublikadakı Niger səfirliyinin iki əməkdaşını arzuolunmaz şəxs elan edərək, sentyabr ayında onları ölkədən çıxarıb. -ın xəbərinə görə, bu barədə "Le Monde" nəşri Fransa diplomatik mənbəsinə istinadən məlumat verib. Nəşr qeyd edir ki, qovulmuş iki əməkdaş Niger kəşfiyyat
11 oktyabrCənubi Koreya: KXDR Yapon dənizi istiqamətində bir neçə raket buraxıb
Cənubi Koreya hərbçilərinin məlumatına görə, Koreya Xalq Demokratik Respublikası (KXDR) bazar ertəsi Yapon dənizi istiqamətində bir neçə ballistik raket buraxıb. Raketlərin uçuş məsafəsi təxminən 900 kilometr olub. xəbər verir ki, bu barədə "News1" agentliyi Cənubi Koreya Silahlı Qüvvələrini
12 oktyabrABŞ-İran danışıqları dalana dirənir: Hörmüz boğazında gərginlik artır
ABŞ ilə İran arasında müharibənin dayandırılması istiqamətində diplomatik səylər davam etsə də, tərəflər arasında fikir ayrılıqları qalmaqdadır. Hörmüz boğazı ətrafında yaranmış vəziyyət, gəmiçilik təhlükəsizliyi və İran limanlarına qarşı tətbiq edilən dəniz blokadası regiondakı gərginliyi daha da artırır
12 oktyabrİndoneziyanın Semeru vulkanı dörd dəfə püskürüb
İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzinin məlumatına görə, Şərqi Yava əyalətində yerləşən Semeru vulkanının ən azı dörd püskürməsi qeydə alınıb. xəbər verir ki, mərkəzin məlumatına görə, kül sütunu vulkanın zirvəsindən (dəniz səviyyəsindən 4576 metr yüksəklikdə) 900 met
12 oktyabr