Ürəyi ardıcıl beş dəfə dayanan qadın sağ qaldı
Moskva vilayətinin Şçelkovo şəhərində həkimlər ürəyi 5 dəfə dayanan qadını xilas ediblər.
Regionun Səhiyyə Nazirliyinin məlumatında bildirilir ki, 56 yaşlı rusiyalı qadın kliniki ölüm vəziyyətində xəstəxanaya yerləşdirilib.
Ürək-ağciyər reanimasiyası nəticəsində həkimlər qadının dayanmış ürəyini işə sala biliblər. Bir saat sonra o, ikinci dəfə ürək tutması keçirib. 30 saatdan sonra qadının ürəyi yenidən dayanıb - həkimlər onu yenidən uğurla reanimasiya ediblər. Bir gün sonra daha iki belə hadisə baş verib.
Qəbul anından qadın reanimasiya şöbəsində olub. Altıncı gün onun vəziyyəti stabilləşib. Xəstə müayinə olunub və ürək çatışmazlığı aşkar edilib. O, yeni ürək dayanmalarının qarşısını almaq üçün portativ defibrilator ilə təchiz edilib.
Qeyd edək ki, ürək-damar xəstəlikləri bütün dünyada ölümün əsas səbəbi olaraq qalır./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1214 Tarix: 14 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiya 1 ayda 50 mindən çox hərbçisini itirib
Rusiya ordusu 2026-cı ilin sentyabrında Ukraynada 50 mindən çox hərbçi itirib. Onlardan 28 mininin öldüyü bildirilir. xəbər verir ki, bu barədə "Bloomberg" NATO-nun yüksək vəzifəli hərbi nümayəndəsinə istinadən məlumat yayıb. NATO rəsmisi bildirib ki, Rusiya komandanlığı hərbçiləri dron v
12 oktyabrKanadada United Airlines təyyarəsi təcili eniş etdi
Vaşinqtondan Amsterdama uçan və Atlantik okeanı üzərindən qəza siqnalı ötürən United Airlines təyyarəsi Kanadanın Sent Con Beynəlxalq Hava Limanına təcili eniş edib. xəbər verir ki, təyyarə Vaşinqtondan havaya qalxıb və Amsterdama yola düşüb. Lakin Atlantik okeanı üzərindən uçarkən təyyarə qəfildən "ümum
12 oktyabrİsrail ordusu Qəzzada HƏMAS-ın komandirlərini zərərsizləşdirdi
İsrail Müdafiə Ordusu Qəzza zolağına endirdiyi iki zərbə nəticəsində "İslami Cihad" qruplaşmasının bölük komandirini və HƏMAS-ın hərbi qanadının "Nuxba" xüsusi təyinatlı dəstəsinin üzvünü zərərsizləşdirib. xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirili
11 oktyabr