Gənclərin mənzil problemini həll etmək üçün hansı addımlar atılmalıdır? - AÇIQLAMA

Gənclərin mənzil problemini həll etmək üçün hansı addımlar atılmalıdır? - AÇIQLAMABu gün aktual olan problemlərdən biri gəclərin mənzillə təmin edilməsidir. Bu gün gənclər ev almaq üçün ucuz başa gəldiyinə görə mənzilləri bünövrədən almağa çalışırlar. Lakin bu zaman müəyyən fırıldaqçılıqlarla qarşılaşırlar. Eyni zamanda mənzil qiymətləri baha-başa gəldiyi üçün ev ala bilmirlər. Bəs Azərbaycanda gənclərin mənzil problemini aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır?

Məsələ ilə bağlı Milli Məclisin deputatı Müşviq Cəfərov Sonxeber.az-a açıqlamasında bildirib ki, bu gün ölkəmizdə Azərbaycanda əhalinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə hökumət Mənzil İnşaatı Dövlət Agentliyi və İpoteka və Kredit Zəmanət Fondu vasitəsi ilə güzəştli və aşağı faizli ipoteka kreditləri təklif edir:

"Amma bu mənzil problemini nisbətən aradan qaldırmaq üçün kifayət etmir. Belə ki, çoxlu sayda gənc ailələr güzəştli ipoteka kreditlərinə müraciət edərək ev sahibi ola bilirlər. Lakin bu sahədə hələ də müəyyən boşluqlar var. Belə ki, hazırda insanlar ailə qurmadan öncə ev problemini həll etməyə çalışır, elə bu səbəbdən də dövrümüzdə ailə qurmağa üstünlük verən gənclərin sayı gündən-günə azalır. Doğrudur, gənc ailələrin evlə təminatı sahəsində getdikcə daha səmərəli addımlar atılır, lakin hələ də əksər gənc ailələr güzəştli kateqoriyaya düşmədikləri üçün sosial ev ala və güzəştli ipoteka kreditlərinə müraciət edə bilmirlər".

Deputatın sözlərinə görə, bu kontekstdən də sosial mənzil və eləcə də güzəştli ipoteka kreditinə müraciət hüququndakı müəyyənləşdirilmiş əngəllər bir qisim gənc ailələrə maneədir:

"Bu isə evsiz gənc ailələrinin məhz bu güzəştlərdən yararlanmasına imkan vermir. Təəssüf ki, ev problemi günümüzdə çoxalan boşanmalara səbəb olur. Amma mən bütün hallarda gənclərin əsas qayəsinin müəyyən bir mülkə sahib olmaq əvəzinə gəncliyin verdiyi şansları dəyərləndirib inkişaf və karyeraya yönəlmələrini daha düzgün hesab edirəm. Əgər daima nümunə kimi göstərilən Avropa ölkələrinə nəzər salsaq orada gənclərin əsas fokuslandığı məsələ karyeradır. Mən özüm Amerikada yaşayanda da buna şahid oldum. Təbii ki, bu ölkələrdə də gənc ailələr güzəştli mənzil sahibi olmaq üçün müraciət edirlər".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1072   Tarix: 28 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

SON DƏQİQƏ: Yoluxma KƏSKİN ARTDI

Azərbaycanda bu gün koronavirus infeksiyasına 733 yeni yoluxma faktı qeydə alınıb, 265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 8 nəfər "COVID-19"dan vəfat edib

13 mart 2021
.

Gürcüstanda aksiya zamanı hücuma məruz qalan media nümayəndəsi vəfat edib

İyulun 5-də Gürcüstanda LGBT tərəfdarlarının "Qürur yürüşü" əleyhinə aksiyalar zamanı hücuma məruz qalaraq yaralanmış media işçisi xəstəxanada vəfat edib. Gürcüstanın İctimai telekanalına istinadən xəbər verir ki, "Pirveli TV"nin operatoru Lesko Laşkarava bir neçə gündür müalicə aldığ

11 iyul 2021
.

Bülbülün Şuşadakı evinin bərpa layihəsi hazırdır

"Şuşaya səfər edəndə özümlə memar Rizvan Bayramovu da aparmışdım. Mən ondan xahiş elədim, bir yerdə, bir maşında Şuşaya getdik". xəbər verir ki, bunu APA-ya müsahibəsində Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bildirib. Səfirin sözlərinə görə, daha sonra Rizva

27 mart 2021
.

Səhiyyə Nazirliyi: Azərbaycanda yoluxma azalıb

"Azərbaycanda tətbiq edilən sərt karantin tədbirləri öz müsbət nəticələrini verib. Hazırda ölkədə yoluxma sayların azalması müşahidə olunur. Lakin tətbiq olunan qaydalara əhali tərəfindən riayət olunmazsa, xəstəliyin yenidən artması baş verə bilər. Bununla əlaqədar olaraq xəstəliyin yayılmasını

1 fevral 2021
.

"Təxribatlardan ermənilər və onun havadarları zərər görəcək"

"Azərbaycan regionda elə bir dövlətdir ki, balanslı siyasət yürütməlidir". Bunu "MediaPost"a açıqlamasında politoloq Ramiyə Məmmədova deyib. Onun sözlərinə görə, hazırkı gərgin vəziyyətdə Azərbaycan hər iki dövlətlə - Türkiyə və Rusiya ilə normal münasibətlər saxlayıb düzgün siyasətin

21 avqust 2020
.

MM-də dövlət qulluğuna qəbul qaydalarının sadələşdirilməsi təklif olunub

"2019-cu ilin dövlət büdcəsində əməyin ödənişi xərci üzrə 82 milyon manat qənaət yaranıb. Bu, əsasən büdcə təşkilatlarında olan vakant vəzifələrin vaxtında doldurulmaması ilə bağlıdır". , bunu Milli Məclisin bu gün keçirilən iclasında "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasını

6 noyabr 2020
.

Koronavirusu dəf edən SİMPTOM AŞKARLANDI

İybilmənin zəifləməsi koronavirusun erkən diaqnozu üçün etibarlı amil olmaqla yanaşı, həm də xəstəliyi dəf etmək ehtimalına dair nikbin əlamətdir. Belə bir qənaət Madrid Complutense Universiteti (UCM) və San Karlos Klinik Hospitalının mütəxəssislərinin rəhbərliyilə keçirilən 5 868 koronavirus xəstəsini

16 mart 2021
.

14 yaşlı yeniyetməni həmkəndlisi döyüb öldürdü

İyunun 15-də həmkəndlisi tərəfindən döyülən 14 yaşlı yeniyetmə vəfat edib.  Report-a istinadən xəbər verir ki, rayonun Qaraqaşlı kənd sakini, 2007-ci il təvəllüdlü Məmişov Nihad Vüqar oğlu bu gün xəstəxanada vəfat edib. Qeyd edək ki, o, aralarında yaranan mübahisə zəminində həmkəndlisi tərəfindən döyülərə

20 iyun 2021
.

Bakıda binada yanğın baş verdi

Bakı şəhərinin Qaradağ rayonunda yanğın baş verib. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, doqquzmərtəbəli yaşayış binasının zirzəmisinə yığılan plastmas və taxtadan ibarət taralar 20 kvadrat metr sahədə yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb

14 mart 2021