Rəsmi qəzetdə bu aparıcıları yıxıb-sürüdülər: "Zaurlar, lalələr, xoşqədəmlər at oynadır"

Rəsmi qəzetdə bu aparıcıları yıxıb-sürüdülər: "Zaurlar, lalələr, xoşqədəmlər at oynadır"Rəsmi dövlət mətbu orqanı olan "Xalq qəzeti"ndə "Teleradio məkanımız – müsbət tendensiyalar və "ictimai gilyotin" başlıqlı analitik məqalə dərc olunub. "Yeni Sabah" bildirir ki, həmin məqalədə telekanallarda sosial veriliş adı altında yayımlanan proqramlar kəskin tənqid olunub. Yazıdan kiçik bir hissəni təqdim edirik:

Bütün uğurlara rəğmən, televiziya və radio kanallarımızda problemlər də var. Nəzərə alsaq ki, media fəaliyyətinin özü müstəsna ictimai hadisədir, bir çox hallarda bu hadisənin gerçəkləşməsi naminə reallaşdırılan fəaliyyətin günün tələbləri çərçivəsində olmadığını görürük. Nəinki günün tələbləri çərçivəsində olmur, heç buna cəhdin göstərildiyi də nəzərə çarpmır. Nəticədə, bəzən telekanallarla cəmiyyətin tam fərqli cinahlarda dayandığına dair xoşagəlməz təsəvvür formalaşır.

Onu da nəzərə alaq ki, media fəaliyyətində başlıca peşəkarlıq meyarı həssaslıqdır. Daha doğrusu, həssaslıq ən böyük peşəkarlıq meyarıdır. Təəssüf ki, televiziya və radio kanallarımızdakı bəzi proqramlarda peşə həssaslığının reytinqlərdə üstünlüyə yiyələnmək istəklərinə qurban verildiyinin şahidiyik. Bu, üzücü mənzərə formalaşdırır. Söhbət utanc yaradan mənzərənin üzücülüyündən gedir. Bəs cəmiyyət üzvlərini telekanallara baxmaqdan utandıran hansı cəhətlər var?

Zaur Baxşəliyev, Lalə Azərtaş, Tolik, Xoşqədəm Baxşəliyeva, Mətanət Əliverdiyeva, Elgiz Əkbər, Zaur Kamal. Yox, bu adamları "eybəcər" adlandırmaq niyyətindən uzağıq. Bizim üçün onlar tədqiqat predmetidirlər. Çünki aparıcısı olduqları proqramları sırf peşəkarlıq baxımından nəzərdən keçirmişik. Heç şübhə etmirik ki, bu adlar hər gün "beyin terapeyasına" məruz qoyduqları vətəndaşlara daha çox tanışdırlar.

Bəli, zaurlar, toliklər, mətanətlər, elgizlər teleməkanımızda at oynadır, çalışdıqları media orqanlarının ictimai yükünü sıfıra endirirlər. Onların auditoriyaya müraciət tərzi ikrah doğurur. Öz aləmlərində, xalq dilində danışdıqlarını zənn edirlər. Ləhcə və şivənin istifadəsində bəsit motivlərə köklənirlər. Ümumiyyətlə, bu baxımdan heç bir artistizmləri və istedadları gözə dəymir. Bizə bu aparıcıların efir vaxtının çox hissəsini tutmaları lazımdırmı? Onların fəaliyyətlərində hansısa ictimai motiv varmı?

Media, müəyyən mənada, tərbiyələndirici funksiya daşımalıdır. Yəni, onun maarifləndirici missiyası həm də fərdləri tərbiyə etməlidir. Ancaq adlarını çəkdiyimiz şəxslər tam fəqrli yol tuturlar. Özü də demək olar, hər gün 3-5 saat. İstər-istəməz, onların yarıtmazlıqları şüurlarda, bir növ, ictimailəşmiş hadisə kimi qəbul olunmağa başlayır. Acınacaqlı haldır ki, gənc nəslin içərisində Zaura, Xoşqədəmə, Elgizə, Laləyə, Tolikə, Mətanətə oxşayıb jurnalist olmağı düşünənlər var. Həmin gənclərə heç cür başa salmaq olmur ki, bu adamların ortaya çıxardıqları gerçək jurnalistika deyil. Çünki gördükləri mənzərə var. Yaxşı halda, bu mənzərə qarşısında nəzakətsizlik etməyib susur, məchul nəzərlərini işə salırlar. Əslində, nəzərləri ilə təxminən bunu deyirlər: Zaurun, Xoşqədəmin, Elgizin və onlara oxşar digərlərinin gördükləri pis işdirsə, nə üçün televiziyada aparıcılıq edə bilirlər? Nə deyəsən, haqlıdırlar. Haqsız durumu formalaşdıranlar isə telekanal rəhbərləridir. Ancaq yalnız onlarmı?..
Bəli, lalələrin, elgizlərin, xoşqədəmlərin, zaurların, toliklərin çalışdıqları telekanallarda təqdim etdikləri sosial proqramlar və şou-biznes xarakterli verilişlər son dərəcə təhlükəlidir. Adlarını çəkdiyimiz aparıcılar kimlərinsə eyiblərini o qədər qeyri-peşəkar tərzdə ortaya qoyurlar ki, istər-istəməz şəxsi həyata müdaxilə ön plana çıxır. Bu şəxslərin təqdimatları dəyərlərimizə, mental xüsusiyyətlərimizə aşkar həqarətdir. Onların "xidmətlərinin" nəticəsidir ki, telekanallar orta əsrlərdəki inkvizisiya məhkəmələrini xatırladırlar. Təsəvvür edin ki, ayrı-ayrı adamlar, televiziya ekranlarında linç olunurlar. İki-üç dar təfəkkürlü ekspert isə bu dəhşət mənzərəsində tamamlayıcı rol oynayır, onsuz da eybəcər olan durumu bir qədər də eybəcərləşdirir. Yeri gəlmişkən, telekanalların həmin ekspertlərdən onları efirə çıxarmaq üçün "haqq" aldıqlarına dair məlumatlar da yayılmaqdadır. Müasir media menecmenti budurmu?

Deyəsən, əsas məsələ həm də "haqq" dediyimiz nəsnədədir. Yəqin, elə buna görədir ki, efir mədəniyyətini heçə sayan aparıcıların kultlaşdırıldığını görürük. Ola bilər, düşüncə budur: pul gətirirlərsə, deməli, hər sözü deyə, hər mövzudan söz aça, hər cür cəfəngiyyatı dilə gətirə bilərlər.

Aparıcılar krallar, şahlar kimi qeyri-məhdud səlahiyyətə malikdirlər. Onlar auditoriya ilə məzələnir, təvazökarlıqdan uzaq hərəkətləri ilə gözə girirlər. Yekunda media dəyərləri, ictimai motivlər, cəmiyyətin normaları kultlaşdırılmış obrazların arxasınca sürünür. Beləmi olmalıdır? Budurmu jurnalistikanın mahiyyəti? Əlbəttə ki, yox!

Digər yandan, ayrı-ayrı sosial proqramlara diqqət yetirəndə elə təəssürat yaranır ki, sanki Azərbaycanda dövlət hakimiyyəti yoxdur, dövlətin bütün funksiyalarını telekanallar, daha doğrusu, həmin kultlaşdırılmış aparıcılar yerinə yetirirlər. Onlar detektivdirlər, ağır cinayətin üstünü açırlar, təhqiqat aparırlar, günahkar və məsumları müəyyənləşdirirlər, saxta insanpərvərliyə bürünüb, guya mərhəmətli davranırmış kimi görüntü yaradırlar. Şübhəsiz, bu kimi hallar vətəndaşla dövlət arasında inamsızlıq toxumları səpir. İstər-istəməz, sual yaranır: bir halda ki, aparıcılar hər bir işin öhdəsindən gəlirlər, dövlətə nə ehtiyac var?

Ümumən, bəzi televiziya və radio kanallarındakı proqramlara nəzər salanda küçə söyüşlərini, jarqonları, ədəbsiz sözləri, tərbiyəsizlik assosiasiyası verən deyimləri, eyhamları eşidirik. Belə hallar Azərbaycan ədəbi dilin norma və qanunlarının aşkar şəkildə pozulmasıdır. Nəzərə alsaq ki, media həm də dil hadisəsidir, tam əminliklə demək olar ki, hazırda bəzi televiziya və radio kanallarımız ana dilimizi korlamaqla, ona həqarətli münasibət göstərməklə məşğuldurlar.


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 2978   Tarix: 09 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Naxçıvanda mövcud problemlərin həlli üçün güclü iradə və maliyyə resursları vardır

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfərə gəliblər. Səfər çərçivəsində Naxçıvanda bir sıra obyektlərin açılışında, təməlqoyma mərasimlərində və həyata keçirilən işlərin vəziyyəti ilə tanış olduqdan sonra Prezidenti İlha

12 avqust
.

Şuşada TDT-nin dini qurum rəhbərlərinin ilk görüşü keçiriləcək

İyunun 30-da Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin birinci görüşü keçiriləcək. xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, tədbirdə TDT Baş katibinin, eləcə də üzv ölkələri

24 iyun
.

Rusiyada həmkəndlisindən 41 min manat aldı, Şəkiyə qayıdıb borc yiyəsini döydü

Şəki Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini döyməkdə təqsirləndirilən Bünyad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə B.Məmmədov 3 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. İttiham

20 iyun
.

Gürcüstanda 20 yaşlı azərbaycanlı qız faciəli şəkildə öldü

Gürcüstanın Saqareco vilayətində yaşayış evində baş verən partlayış nəticəsində İlia Dövlət Universitetinin 20 yaşlı tələbəsi Lamiyə Allahverdiyeva dünyasını dəyişib. -yə istinadən xəbər verir ki, hadisə mətbəxdə qaz sızması nəticəsində baş verən partlayış zamanı qeydə alınıb. Partlayış nəticəsində gən

23 iyun
.

Tovuzda gənc oğlan çayda batdı

Tovuz rayonunda gənc oğlan çayda çimərkən batıb. -ın məlumatına görə, hadisə rayonun Dondar Quşçu kəndi ərazisində qeydə alınıb. Ağdam rayon sakini - 2004-cü il təvəllüdlü İlham Şirinov Tovuz çayında çimərkən boğulub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və polis əməkdaşları cəl

16 iyun
.

Pirşağıda dənizdə qadın batıb

Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır

29 iyun
.

Rusiya ordusu Ukraynanın bir qəsəbəsini nəzarətə götürüb

Rusiya Silahlı Qüvvələri Ukraynada bir yaşayış məntəqəsini öz nəzarəti altına alıb. xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, Rusiya hərbçiləri Dnepropetrovsk vilayətində Boqodarovka yaşayış məntəqəsinə nəzarəti ələ keçiriblər

29 iyun
.

İmtahanda maksimum nəticə: Ölkə birincisinin adı AÇIQLANDI

I və IV ixtisas qrupları (o cümlədən II qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 7 iyun tarixində keçirilən imtahanda 7 nəfər ən yüksək bal toplayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında qeyd edilib. I ixtisas qrupu üzrə ən yüksə

24 iyun
.

"Focus": "Madyarın qərarı Ukrayna üçün zərbə olacaq"

Macarıstanın Baş naziri Peter Madyarın Ukraynanın Avropa İttifaqına (Aİ) sürətləndirilmiş şəkildə qoşulması ilə bağlı bəndi Aİ sammitinin ilk gününün yekun sənədindən çıxarması Kiyevə zərbə olacaq. xəbər verir ki, bu barədə Almaniyanın "Focus" jurnalında məqalə dərc edilib. Yazının müəllif

20 iyun