Ən yüksək qiymət təklifi verən şirkət qalib seçilib – TƏBİB-dən müəmmalı tender

Ən yüksək qiymət təklifi verən şirkət qalib seçilib – TƏBİB-dən müəmmalı tenderTƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən keçirilən tender müsabiqəsində qanun pozuntusunun olduğu bildirilir.

Yeniavaz.com-a daxil olan məlumatda göstərilir ki, Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən yumşaq inventarların satınalınması zamanı tender müsabiqəsinin şərtləri pozulub.

Məlumat üçün bildirək ki, tender təklifində yalnız qiymət əsas götürülüb. Tender müsabiqəsində iştirak edən şirkətlərin qiymət təklifi üçün 100 bal nəzərdə tutulub.
Bildirilir ki, tender müsabiqəsində 5 şirkət iştirak edib və ən yüksək qiymət təklifini verən şirkət - "Vest Supply" MMC qalib olub.
Tender müsabiqəsində iştirak edən şirkətlər və onların təqdim etdiyi qiymət təklifi aşağıdakı kimi olub:

Onu da qeyd edək ki, ən yüksək qiymət təklifi verməsinə baxmayaraq tender müsabiqəsinin qalibi seçilən "Vest Supply" MMC barəsində açıq mənbələrdə heç bir məlumat mövcud deyil. Şirkətin nəinki veb-saytı, heç sosial şəbəkə hesabları da yoxdur.
Maraqlıdır ki, barəsində açıq mənbələrdə heç bir məlumat olmayan şirkət dövlət qeydiyyatına alındıqdan təxminən 2 ay sonra Qazax rayon Psixiatriya Xəstəxanası tərəfindən keçirilən tender müsabiqəsinin qalibi olub.
Qeyd edək ki, şirkət qeydiyyata alınan zaman adı "Azmed Tekstil" MMC olub. 2022-ci ildə şirkətin adı "Vest Suplly" MMC-yə çevrilib. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov, ev 2, m. 115-da yerləşən MMC-nin nizamnamə kapitalı 20 manat təşkil edir. MMC-qeydiyata alınan zaman qanuni təmsilçisi Qurbanov Şahmurad Səfər oğlu olub. Daha sonra şirkətə Eyvazlı Hatəm Pərviz oğlu, Hacıyev Sahib Xamid oğlu, Adışirinli Aslan Xəqani oğlu, Ramazanov Murad Məhəmmədrəsuloviç rəhbərlik ediblər. Hazırda isə "Vest Supply" MMC-nin qanuni təmsilçisi Laçın Xabibullayeva Fətulla qızıdır.
Şirkətə rəhbərlik etmiş şəxslərdən yalnız Eyvazlı Hatəm Pərviz oğlu barədə məlumat mövcuddur. Hatəm Eyvazlının şəxsi hesabında paylaşdığı məlumatdan belə görünür ki, "Vest Suplly" MMC-yə rəhbərlik etmiş bu şəxsin böyük iş təcrübəsi yoxdur. 2018-ci ildə universitetdən məzun olan Hatəm Eyvazlı cəmi 3 il sonra "Azmed Tekstil" MMC-yə rəhbərlik etməyə başlayıb. Əvvəlki iş təcrübəsi barədə də heç bir məlumat yoxdur. Şirkət dövlət qurumlarının keçirdiyi tender müsabiqələrini də əsasən Hatəm Eyvazlının rəhbərliyi dövründə udub.
Aşağıdakı cədvəldə "Vest Supply" MMC-nin (2022-ci ilə kimi "Azmed Tekstil" MMC) qalib olduğu tender müsabiqələri yer alıb:

Xatırladaq ki, "Dövlət satınalmaları haqqında" Qanunun 23-cü maddəsində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin olması lazımdır.
Dövlət qeydiyyatına alındıqdan 2 ay sonra tender müsabqiəsində qalib olan şirkətin peşəkarlığının və təcrübəsinin olacağı ciddi şübhələr yaradır. Üstəlik nəzərə almaq lazımdır ki, son 3 ildə 30 tender müsabiqəsində qalib olan şirkət barədə açıq mənbələrdə heç bir məlumat mövcud deyil.
Qeyd olunan məsələ ilə bağlı TƏBİB-in mövqeyini öyrənmək cəhdimiz nəticəsiz qaldı. 10 gün əvvəl qurumun mətbuat xidmətinə ünvanladığımız sorğuya bugünə kimi heç bir cavab verilməyib.
Ən yüksək qiymət təklifi verən şirkət qalib seçilib – TƏBİB-dən müəmmalı tenderƏn yüksək qiymət təklifi verən şirkət qalib seçilib – TƏBİB-dən müəmmalı tender


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1034   Tarix: 30 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunan məhsullardan biridir. Lakin mağazalarda müxtəlif marka və qiymətlərlə satışa çıxarılan məhsulların hamısı eyni keyfiyyətə malik deyil. Bəzi hallarda təbii kərə yağı adı altında fərqli tərkibli məhsulların təqdim edilməsi istehlakçıların düzgün seçi

4 noyabr
.

Miras üstündə mübahisə: Qanun vərəsələrin hüquqlarını necə qoruyur? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Vərəsəlik hüququ ilə bağlı mübahisələr əmlakın bölüşdürülməsi zamanı ən çox rast gəlinən hüquqi problemlərdən biri olaraq qalır. Miras qoyanın vəfatından sonra ev, torpaq və digər əmlakın vərəsələr arasında necə bölünməsi, vəsiyyətnamənin hüquqi qüvvəsi, eləcə də bir neçə şəxsin eyni əmlaka iddia etməs

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"

Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi

5 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 27-də saat 10:00-da 1949-cu il təvəllüdlü S.Həşimova Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhə

5 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr