Türk dövlətlərin vahid VALYUTASI YARADILIR? - AÇIQLAMA
Son zamanlar türk dövlətləri arasında birgə əməkdaşlığı və faəliyyətinin gücləndirilməsi ilə əlaqədar bir sıra təkliflər gündəmə gəlir. Bunlar biri də türkdilli dövlətlərin birgə valyutasının yaradılması ilə bağlıdır. Daha əvvəl türkdilli dövlətlərin vahid valyutasının yaradılması məsələsi gündəmə gəlib. Amma bu o qədər asan məsələ deyil. Dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi vaid valyutanın yaradılaraq güclənməsinə səbəb ola bilər. Bu baxımdan türk dövlətlərinin valyutası yaxın zamanda yaradıla bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov indiki məqamda, o cümlədən yaxın 10 illikdə belə bir perspektivin baş tutacağını düşünmür:
"Yəni burada tam olaraq iqtisadi birlik olmalıdır. Buna nümunə olaraq Avropa İttifaqı nümunə göstərmək olar. Avropa İttifaqı valyuta olaraq avronu yaratdı. Amma onlar bu prosesə onilliklər ərzində gəlib çıxdılar. Əvvəlcə iqtisadi və gömrük birliyi baş verdi. Yalnız 2000-ci ilin əvvəlində avro meydana gəldi. Bunun hazırlanmasında onların 30 ildən çox vaxtları getdi. Amma bu da tam sabit olmadı. Məsələn Britaniya Avropa İttifaqından çıxdı. Bəzi ölkələr var ki, onlar heç avroya keçmədi. Burada iqtisadi bir zəmin olmaldır. Türkdilli dövlətlər arasında bu yoxdur. Onların hamısının bir-biriylə ümumi sərhədləri yoxdur. Necə ki, bu Avropa İttifaqnın ölkələrində var. Eyni zamanda onlar arasında hansısa bir iqtisad birlikdən söhbət getmir. Bu proses başlamayıb. Buna görə də belə bir perspektiv qeyri-realdır".
Ekspertin sözlərinə görə, türkdilli dövlətlərin birliyi daha çox mədəni, tarixi və bəzən siyasi meyarlar əsasında qurulub:
"Təbii ki, Azərbaycan və Türkiyə arasında birlik daha sıxdır. Ən yaxın ölkələrdir. Amma hələ bizim də aramızda o dərəcə bir iqtisadi birlik yoxdur ki, vahid valyuta yaradılsın. Bizim türkdilli dövlətlərin birliyi real iqtisadi və siyasi birliyə çevrilsə belə, bu yaxın 50 il ərzində baş verməyəcək. Amma olması da sual altındadır. Bizim birləşdirən daha çox dilimizdir. Amma gəlin etiraf edək ki, azərbaycanlılar və osmanlı türkləri bir-birini başa düşür. Amma o biriləri biri-birini anlamır. Biz daha çox Türkiyənin dilini başa düşürük. Onların filmləri, musiqiləri ölkəmizdə çox populyardır. Türkiyədə insanlar heç tam olaraq bizim dilimizi başa düşmür. Bu realdır. Biz də 90-cı illərin əvvəllərində onları anlamırdıq. Siyasi əməkdaşlıq sözsüz ki, var. Amma reallıqda iqtisadi birlik güclü deyil. Azərbaycanın Rusiya ilə iqtisadi ilə əlaqələri daha güclü və ciddidir. Buna görə də bu valyutanın yaranması üçün dövlətləri iqtisadi baxımından birlik birləşdirməlidir. Bu olmadığına görə, hansısa valyutadan danışmağın yeri yoxdur".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Temperatur 10° enəcək - Xəbərdarlıq
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Keçmiş nazirin oğluna vəzifə verildi
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?