Pulumuzu necə saxlayaq: BANK YOXSA QIZIL? - AÇIQLAMA
Azərbaycanda vətəndaşlar öz pullarını saxlamaq və investisiya qoymaq üçün müxtəlif üsüllardan istifadə edirlər. Bunlara vəsaitin qoyulması, pulun qızıla və dollara çevrilməsidir. Umumi nəzər yetirsək bankların bağlanması və qoyulan vəsaitlərin ilə əlaqədar vətəndaşlar bu sahəyə olan inam azalıb. Bu il ərzində isə qızıl bazarında qiymət dəyişikləri baş verdi. Əsasən qızılın qiyməti qalxsa da, satıcılar bildirilib ki, qızılın qiymətində müəyyən qədər enmələr müşahidə olundu. O cümlədən, indiki məqamda qızıla investisiya qoymaq mütəxəssislər tərəfindən məsləhətli görünmür. Bəs belə olan halda pulumuzu saxlamaq üçün ən etibarlı seçim hansıdır?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan iqtisadçı ekspert Eyyub Kərimli deyib ki, Ümumiyyətlə vəsaitləri investisiya etmək üçün müxtəlif yollar var. O, bildirib ki, bizim ölkəmizdə bu yollar daha məhduddur:
" Biz də insanlar bir neçə investisiya üsullar tanıyırlar. Buna bank depoziti, daşınmaz əmlakın əldə edilməsi və qızıl-zinət əşyalarının əldə edilməsidir. Bu baxımdan biz xarici təcrübəyə nəzər yetirsək, daha çox insanlar müxtəlif investisiya alətlərindən istifadə edirlər. Bura qiymətli kağızlar, kriptovalyutalar, müxtəlif səhmlər və digər başqa alətlərdən istifadə edərək gəlir əldə edirlər. Bu baxımdan hesab edirəm ki, biz də insanlar öz investisiyalarını müəyyən mənada məhdudlaşdırmamalıdır. Müxtəlif investisiya portfellərindən istifadə etməlidirlər".
Ekspertin sözlərinə görə, vətəndaşlar xarici valyutalara, daşınmaz əmlaka, qiymətli əşyalara və beynəlxalq xarici birjalarda fəaliyyət göstərən müxtəlif alətlərə öz investisiyalarını qoya bilərlər:
"Bu gün qeyd olunduğu kimi, çox sabit investisiya alətləri var. Qızıl və zinət əşyalarının həmişə dəyəri olur. Amma düşünürəm ki, bunlar arasında olan bank depozitləri ən aşağı gəliri olan investisiyadır. Bu gün vətəndaşlar arasında banklara olan inam sarsılıb. Bəzi banklar bağlandığından və depozitləri çox yüksək faiz ilə vermir. Hətta bəzi sabit banklarımız depozitləri aşağı faizlə təklif edirlər. Bu baxımdan ən sığortalanmış üsul insanların öz vəsaitlərinin, investisiya portfellərinin müxtəlif olmasıdır. Bir neçə istiqamətdə öz vəsaitlərini vətəndaşlar investisiya edə bilərlər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Temperatur 10° enəcək - Xəbərdarlıq
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Keçmiş nazirin oğluna vəzifə verildi
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?