Talıbov türk biznesmenin nələrini əlindən alıb - ŞOK SİYAHI

Talıbov türk biznesmenin nələrini əlindən alıb - ŞOK SİYAHITürkiyəli iş adamı Ali Sərdar Oba Naxçıvan Muxtar Respublikası Ali Məclisini məhkəməyə verib. "Qaynarinfo"nun məlumatına görə, onun iddiasına Naxçıvan MR İnzibati Məhkəməsində baxılacaq.

Məhkəmə işi inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrlə bağlıdır. Məlum olub ki, Ali Obanın Ali Məclisin indiki rəhbərliyi ilə heç bir problemi yoxdur. Onun problemi Ali Məclisin keçmiş sədri Vasif Talıbovladır. İş adamının 2022-ci ildə Vasif Talıbovla bağlı Dövlət Təhlükəsizlik Xidmətinə şikayət etməsi bu məlumatın əsassız olmadığını ortaya qoyur. Ali Oba şikayətini Türkiyənin muxtar respublikadakı konsulluğu vasitəsilə edib. Bu barədə mediada da məlumat yayılıb.

Türkiyəli iş adamının iddialarına görə, 2015-ci ildən Vasif Talıbov tərəfindən onun biznesinə əl qoyulub. Ali Obanın sözlərinə görə, 2 milyon pul yatırdığı Ordubad Parğaçay Mədən Ocağı, Şərur rayonunun Gümüşlü kəndində 400 min manatlıq balıq vətəgəsi və digər biznes obyektləri əlindən alıb. Bütün bunları şikayətində qeyd edən iş adamı hətta həyatına təhlükə olduğunu da bildirib.

Hələ 2022-ci ilin dekabrında Ali Obanın mətbuatda şikayət mətni yayılmışdı. Ali Oba yazırdı ki, 2007-ci ildən "Oba Qrup" MMC adı ilə fəaliyyət göstərən şirkət yaradıb, istehsal, ticarət, turizm sahələrində xidmət edib: "Ancaq 2015-ci ildə bütün mal varlığımız və yatırımlarımız Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun təlimatı ilə əlimizdən alınıb.

Əlimdən alınanlar:

Ordubad, Parağaçay mədən ocağı. 5 ildə 2 min metr dərinlikdə çalışdıq. Xərcim 2 milyon 48 min dollar;

Sərur, Gümüşlüdə Arpacay balıqçılıq. İldə 1000 ton civarında balıq ciftliyi qurdum. Əlimizdən aldılar. Xərcim: 413 min dollar

Metro-turizm ilə 2015-20-ci illər üçün 5 illik sistem qurdum. Əlimizdən zorla aldılar. Məsrəf - 105 min dollar.

Plastik tullantıların istehsalı müəssisəsi. Əlimizdən alındı. Məhkəmə yolu ilə avadanlıqlarımızı geri aldıq, ancaq fabrikdə istehsal olunmuş 91 min 600 dollar dəyərində malımızı qəsb edib, satdıqları üçün pulumuzu ala bilmədik. Sərmayəmizi almadığımız və deport olduğum səbəbindən 6 ildir avadanlığımızı işlədə bilmirik. Bu üzdən zərərim 300 min dollar.

Haqqımı tələb etdiyim üçün müxtəlif bəhanələrlə 5 illik deport edildim, ailəmdən, uşaqlarımdan ayrılmağa məcbur oldum.

Bunun nəticəsində ailəm dağıldı, 3 övladım atasız qaldı.

Vasif Talıbovdan şikayətçi olduğum üçün məhkəmələrdə mənə düşmən münasibəti göstərdilər. Məhkəməyə məni dustaq maşınında aparıb-gətirdilər. Şəxsiyyətimi alçaltmaq üçün hər iş gördülər.

Vasif Talibovun cinayətlərini məhkəmədə sübut etdiyim üçün 18.03.2020-ci il tarixində məni öldürmək istədilər. Naxçıvandakı dövlət qurumlarına güvənim yoxdur".

Ali Oba yazırdı ki, əgər mal-mülkü əlindən alınmasaydı, ən azı 10 milyon dollar qazanacaqdı. O qeyd edirdi ki, 15 ildə bütün qurduğum iş yerləri Vasif Talıbovun göstərişi ilə əlindən alınıb. Həmçinin iddialarını sübut edəcək bütün sənədlərinin olduğunu da diqqətə çatdırırdı.

"Vasif Talıbovun mənə verdiyi zərərlərin araşdırılmasını və mənə verilən ziyanın ödənməsi üçün lazım olan işərin görülməsini rica edirəm", - deyə Ali Oba müraciətini tamamlayırdı.

Ali Oba şikayət ərizəsində başda Vasif Talıbov və onun haqqını yeyən bütün məmurların cəzalandırılmasını tələb edir. Naxçıvanda ona qarşı törədilən çeşidli cinayətlərin araşdırılmasını, Talıbovların cəzalandırılmasını, ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini istəyir. ("Yeni Müsavat")


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1158   Tarix: 02 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. -ya istinadla xəbə

4 noyabr
.

Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA

Bir neçə şəxsin mülkiyyətində olan daşınmaz əmlakın satılması zamanı mülkiyyətçilərin hüquq və razılıq məsələsi tez-tez mübahisələrə səbəb olur. Xüsusilə, paylı və birgə mülkiyyətdə olan ev və ya mənzilin digər sahiblərin razılığı olmadan satışa çıxarılması, yaxud mülkiyyətçilərdən birinin öz payın

4 noyabr
.

Mehriban Əliyeva və ailə üzvləri Devid Qarrettin simfonik şousunu izləyiblər - Fotolar

Noyabrın 4-də Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett "Millennium Symphony - Crossover Programme" simfonik şousu ilə çıxış edib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri simfonik şounu izləyiblər. Devi

4 noyabr