Müdafiə Nazirliyində müavinlərin sayı NƏYƏ GÖRƏ AZALDI - İLGİNC SƏBƏB

Müdafiə Nazirliyində müavinlərin sayı NƏYƏ GÖRƏ AZALDI - İLGİNC SƏBƏBNaxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı Müdafiə Nazirliyinin (MN) rəhbərliyi siyahısından çıxarılıb. Bu barədə "Report"a məlumatlı mənbədən bildirilib.

Xatırladaq ki, bir müddət əvvəl Əlahiddə Ümumqoşun Ordunun sabiq komandanı general-polkovnik Kərəm Mustafayev vəzifəsindən azad edilib.

Qeyd edək ki, bundan əvvəl nazirliyin strukturuna əsasən Əlahiddə Ümumqoşun Ordunun komandanı müdafiə nazirinin müavini vəzifəsini tuturdu. dirnaq modelleri

1991-ci il 7 sentyabr tarixində muxtar respublikanı yaranmış vəziyyətdən xilas etmək, ərazisini erməni basqınlarından qorumaq, əhalini talan və qırğınlardan qurtarmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri olan Heydər Əliyevin təşəbbüsü ilə Dövlət Müdafiə Komitəsi yaradıldı. 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu birliyindən biri olan 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada formalaşdı. 705-ci əlahiddə gücləndirilmiş motoatıcı briqada uğurlu döyüş yolu keçərək 21 may 1995-ci ildə motoatıcı diviziyaya, 8 dekabr 1998-ci ildə isə Ordu Korpusu səviyyəsinə qədər yüksəldi.

Prezident İlham Əliyevin "Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən, 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordu yaradılıb. Əlahiddə Ümumqoşun Ordu müxtəlif qoşun növünə aid birləşmə və hissələrdən ibarət olub Naxçıvan Muxtar Respublikası ərazisini, o cümlədən hava xətti ilə 275 km-dən (ərazi relyefinə uyğun olaraq 405 km) artıq sərhədi şərəflə müdafiə edir.

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları 2018-ci ildə uğurlu Günnüt əməliyyatında və 2020-ci ildə Vətən müharibəsində iştirak edərək torpaqlarımızın azad olunmasında şücaət göstəriblər.

Kərəm Mustafayev 14 may 2014-cü ildə isə Beşinci Ordu Korpusunun əsasında yaradılan Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Komandanı təyin olunub. O, 25 may 1998-ci ildə general-mayor, 19 yanvar 2002-ci ildə genertal-leytenant, 25 iyun 2020-ci ildə isə general-polkovnik ali hərbi rütbələri verilib.

2024-cü il iyulun 5-də sosial mediada və xəbər saytlarında müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordusunun komandanı Kərəm Mustafayevin tutduğu vəzifədən azad edilməsi, əvəzinə isə bu vəzifəyə Kənan Seyidovun təyin olunması ilə bağlı xəbərlər yayılıb. İyulun 8-də isə Kərəm Mustafayevun son günlərdə istintaqı aparılan cinayət işlərindən biri ilə bağlı müstəntiqlərə ifadə verməsi ilə bağlı xəbər dərc edilib. Qeyd edilən məsələlərlə bağlı rəsmi açıqlama verilməyib.

Seyidov Kənan Əlhüseyn oğlu 1974-cü il dekabr ayının 23-də Sumqayıtda anadan olub, əslən İmişlinin Bəhrəmtəpə qəsəbəsindəndir. Kənan Seyidov uzun illər Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Xüsusi Təyinatlı Qüvvələr Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsinə təyin olunub. 2020-ci ilin sentyabrın 27-də başlanan hərbi əməliyyatlar zamanı fərqlənib. Prezidentin sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanı adı ilə təltif edilib, general-mayor ali hərbi rütbəsinin verilib. 23 iyun 2021-ci ildə Xüsusi Təyinatlı Qüvvələr Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsindən azad edilib və 5-ci Ordu Korpusunun Komandiri vəzifəsinə təyin edilib.

Əlahiddə Ümumqoşun Ordusunun Komandanının birinci müavini - Qərargah rəisi general-leytenant Fazil Ağalarov açıqlamasında Kərəm Mustayevin vəzifədən azad olunduğunu təsdiqləsə də, Kənan Seyidovun təyinatı barədə danışmayıb. Kərəm Mustafayevin adı Müdafiə Nazirliyinin rəsmi saytında (mod.gov.az) iyulun 10-da çıxarılıb. Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevdir. Nazirin daha bir müavini Quru Qoşunları Komandanı general-leytenant Hikmət Mirzəyevdir. Hərbi Hava Qüvvələri Komandanı da nazir müavini statusundadır. Nəhayət, müdafiə nazirinin müavini və baş direktor Aqil Qurbanovdur. Bundan əvvəl nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi və Əlahiddə Ümumqoşun Ordusunun Komandanı da nazir müavini statusunda idi.

Ekspertlərə görə, Müdafiə Nazirliyinin struktur bölməsində edilən dəyişiklik mühüm əhəmiyyətə malikdir. Azərbaycan Ordusu da uzun müddətdir yeni iş mexanizminə keçib. Bu zaman Türkiyə Müdafiə Nazirliyinin təcrübəsi əsas götürülüb. O da bildirilir ki, təkcə Müdafiə Nazirliyində deyil, daha aşağı strukturlarda, hərbi hissələr, briqadalar, korpuslar, ali hərbi təhsil ocaqlarında da bu cür struktur dəyişiklikləri gözləniləndir. Bu dəyişikliklər NATO sisteminə yaxınlaşmaq baxımından da önəmlidir. Çünki atılan bu addımlar, idarəetmə sisteminin təkmilləşməsi ordumuzun döyüş qabiliyyətinin artmasına ciddi təkan verəcək. ("Yeni Müsavat" )


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 863   Tarix: 02 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. -ya istinadla xəbə

4 noyabr
.

Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA

Bir neçə şəxsin mülkiyyətində olan daşınmaz əmlakın satılması zamanı mülkiyyətçilərin hüquq və razılıq məsələsi tez-tez mübahisələrə səbəb olur. Xüsusilə, paylı və birgə mülkiyyətdə olan ev və ya mənzilin digər sahiblərin razılığı olmadan satışa çıxarılması, yaxud mülkiyyətçilərdən birinin öz payın

4 noyabr
.

Mehriban Əliyeva və ailə üzvləri Devid Qarrettin simfonik şousunu izləyiblər - Fotolar

Noyabrın 4-də Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett "Millennium Symphony - Crossover Programme" simfonik şousu ilə çıxış edib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri simfonik şounu izləyiblər. Devi

4 noyabr