Metroda hadisə olacağına dair səs yayan şəxsə hökm oxundu
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə bilə-bilə yalan məlumat vermədə təqsirləndirilən Fərid Butayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın etdiyi məlumata görə, hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Bu ilin martında sosial şəbəkələrdə Bakı Metropolitenində terror aktının törədiləcəyi ilə bağlı yayılmış və vətəndaşlar arasında ciddi narahatlığa səbəb olmuş səs yazısı barədə dərhal Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Faktla bağlı başlanılmış cinayət işi üzrə aparılan ibtidai araşdırma zamanı müvafiq səs yazısının Azərbaycan vətəndaşı, 2001-ci il təvəllüdlü Butayev Fərid Fərhad oğluna məxsus olduğu və sözügedən materialın həmin şəxs tərəfindən "WhatsApp" tətbiqi vasitəsilə paylaşıldığı müəyyən edilib. Fərid Butayev saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Temperatur 10° enəcək - Xəbərdarlıq
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Keçmiş nazirin oğluna vəzifə verildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?