Abdulla Şaiqin nəticəsi: "Valideynlərim həmişə bizimlə Azərbaycan dilində danışıblar"
"Valideynlərim evdə həmişə bizimlə Azərbaycan dilində danışıb, nağıllar oxuyublar".
Bunu "Report"un Laçına ezam olunmuş müxbirinə açıqlamasında azərbaycanlı ədib Abdulla Şaiqin Kanadada yaşayan nəticəsi Aran Rəfipur deyib.
O, Kanadada yaşasalar da, qohumları ilə mütəmadi əlaqə saxladıqlarını bildirib:
"Mən Abdulla Şaiqin nəticəsiyəm, 28 yaşım var. 2018-ci ildə Viktoriya Universitetindən məzun olmuşam. Tarix və sosiologiya təhsili almışam. Çox fəxr edirəm ki, bu gün diaspor gəncləri ilə bu düşərgədə iştirak edirəm. Dörd il əvvəl Avstriyanın Vyana şəhərində bir konfransda olmuşdum, orada da azərbaycanlılarla tanış oldum, onlar Diasporla İş üzrə Dövlət Komitəsində işləyirdilər, beləliklə. əlaqələrimiz yarandı və mən bu düşərgəyə dəvət olundum. Bu mənim Azərbaycana dördüncü səfərimdir. Bundan əvvəl 2007, 2012 və 2023-cü illərdə gəlmişəm".
A.Rəfipur söyləyib ki, bu onun işğaldan azad edilmiş Azərbaycan ərazilərinə ilk səfəridir:
"Allah şəhidlərimizə rəhmət eləsin, onların sayəsində bu gün Laçındayıq".
Kanadadakı fəaliyyətindən də söz açan gənc diaspor fəalı vurğulayıb ki, hazırda Kanadada dövlət şirkətlərindən birində məşğulluq sığortası departamentində çalışır, həmçinin rəqəmsal marketinqlə də məşğuldur.
Qohumları ilə ilk tanışlığından da bəhs edən Aran Rəfipur bildirib ki, Bakıya ilk dəfə qohum toyu üçün 2007-ci ildə gəlib:
"Elə ulu babam Abdulla Şaiqin evinə, yurduna da ilk dəfə 2007-ci ildə baş çəkmişəm. Həmin vaxt çox isti münasibət gördüm, doğmalıq hiss etdim, ona görə də vaxt tapdıqca gəlirəm. Ancaq qohumlarımızla həmişə əlaqəmiz olub, onlarla telefonla danışmışıq. Anam Zərifə Nuriyeva Rəfipur Abdulla Şaiqin qız nəvəsidir və vətənə çox bağlıdır. Ona görə də evdə həmişə Azərbaycan dilində danışıb, bizi öz dilimizdə danışmağa məcbur edib, elə bu səbəbdən mən rahat Azərbaycan dilində danışa bilirəm. Anam evimizdə daim qohumlarımızdan, ölkəmizdən danışıb, Azərbaycan nağılları oxuyub".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Temperatur 10° enəcək - Xəbərdarlıq
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Keçmiş nazirin oğluna vəzifə verildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?