"Wolt" kuryeri vətəndaşın motosikletini OĞURLADI - ŞİKAYƏT
Bakıda vətəndaşın motosikleti "Wolt" kuryeri tərəfindən oğurlanıb.
Bununla bağlı Xaçmaz rayonu sakini Elxan Mirzəbəkov Mamalı oğlu Sonxeber.az-a müraciətində bildirib. O, Xaçmazdan Bakıya qonaq gəlmişəm və övladı xəstədir:
"İlk növbədə uşağı Respublika Pediatriya Mərkəzinə, oradan isə 7 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına gətirdim. Yol pulum az çıxsın deyə, Bakıya motosikletlə gəldim. 7 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının qabağında telefonumu və pasportumu, "Unibank" kartımı oğurladılar. Kartın içərisində 100 manat pul var idi. Uşağın vəziyyəti pis olduğuna görə əsəbləşdim və halım pisləşdi. Sərxoş vəziyyətə düşdüm".
Elxan Mirzəbəkovun sözlərinə görə, "Wolt" yazılan motosiklet var və onu "siz gedin, mən də gəlirəm" deyərək aldadıblar:
"O, öz motosikletini qıraqda saxladı. Təqribən 23-24 yaşlarında oğlana oxşayırdı. Daha sonra motosikletimi oğurladılar. İndi isə Yeni Klinikadayam. Övladım reanimasiya şöbəsindədir. Övladımın vəziyyəti pisdir və 3-4 gündür mən də yaxşı deyiləm. Mənim nömrəmi də vəsiqə vasitəsilə bağlatdırıblar. Nömrəm artıq təyin olunmur. Əşyalarımı və motosikletimi 7 nömrəli xəstəxananın qabağında oğurladılar. Motosikletimi isə +994 70 906 38 88 nömrənin sahibi oğurlayıb. Hüquq-mühafizə orqanlarına müraciət etmişəm və izahatımda var. Hər bir məlumatı vermişəm".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 634 Tarix: 20 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
4 noyabrPensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrTeatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq
2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind
4 noyabr