Şirkətlər "AFB Bank"dan 25 milyon manata yaxın vəsaitlərini çəkib
"AFB Bank"ın bu ilin birinci yarısında depozitlərinin həcmi 141 milyon 670 min manat təşkil edib.
Valyuta.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin sonu ilə müqayisədə 15,8 % və ya 26 milyon 586 min manat azdır. 2023-cü ilin sonunda bankın depozitlərinin həcmi 168 milyon 256 min manat olub.
Hesabat dövründə "AFB Bank"ın fiziki şəxslərin depozitlərinin həcmi 2023-cü ilin sonu ilə müqayisədə 2,9 və ya 2 milyon 144 min manat azalaraq 71 milyon 101min manata enib.
Ötən ilin sonunda bankda fiziki şəxslərin depozitlərinin həcmi 73 milyon 245 min manat olub.
Bankda hüquqi şəxslərin depozitlərinin həcmi 70 milyon 569 min manat təşkil edib ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 25,7 % və ya 24 milyon 441 min manat azdır.
2023-cü ilin sonunda "AFB Bank"da hüquqi şəxslərin depozitlərinin həcmi 95 milyon 10 min manat təşkil edib.
Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70 393 455 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 265 manat olan 55 647 səhm əsasında formalaşıb. Səhmlərin 99,64 %-i "Gilan" MMC-yə, 0,18 %-i Tahir Cəmil oğlu Muradova (Bankın daxil olduğu "Gilan Holding" MMC-nin İdarə Heyətinin sədri), 0,18 %-i isə Həsən Əkbər oğlu Abdullayevə məxsusdur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 717 Tarix: 20 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
4 noyabrPensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrTeatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq
2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind
4 noyabr