Bir ailənin qəhrəmanlıq HEKAYƏSİ: Vətən uğrunda döyüşən ATA VƏ OĞUL - VİDEO
Kəşfiyyatçı Əbülfət Atamoğlanov- 1993-cü ilin iyulunda ona çağırış gələndə ailəsi ilə vidalaşıb müharibəyə yollanır. Füzulinin bir çox yaşayış məntəqələri uğrunda gedən döyüşlərdə igidlik göstərir və qorxmazlığı ilə ad qazanır.
Sonxeber.az xəbər verir ki, şəhidimiz ilə bağlı İTV-nin əməkdaşları maraqlı süjet hazırlayıb:
"O çox qorxmaz insan idi. Bir neçə dəfə Qırmızı bazar uğrunda gedən döyüşlərdən sonra bizim komandirimiz onun cəsurluğuna görə kəşfiyyatçı təyin etdi. O həmişə kəşfiyyata gedirdi".
Həyat yoldaşı Rəhilə xanım deyir ki, Əbülfət müharibəyə yollananda 3 övladları olub. O, 1993-cü ilin avqustun 31-də Füzulinin Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb. Lakin ailəsi onun haqqında acı xəbəri sentyabrın sonu öyrənib:
"Döyüşə gedəndə böyük qızımın 5 yaşı var idi. Cəmilənin 3, Rüfət isə 40 günlük idi. Həmişə atalarının yolunu gözləyirdilər. Ataları ilə hər zaman qürur duyurlar və indi də fəxr edirlər".
İllər sonra atasının yarım qalan qəhrəmanlıq hekayəsini oğlu Rüfət tamamlayır. 44 günlük müharibədə onun döyüş yolu Füzulidən keçir. Yaralanır və sağalandan sonra yenidən döyüşlərə qatılır. Atasının qisasını alır.
Ətraflı İTV-nin süjetində:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 667 Tarix: 21 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
4 noyabrPensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrTeatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq
2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind
4 noyabr