Övlad dünyaya gətirən qadınları canından edən həkim ÖLDÜ
2018-ci ildə Şəkidə qeysəriyyə əməliyyatından sonra 31 yaşlı Türkan Məmmədovanın vəfatına görə barəsində cinayət işi açılmış və həbs edilmiş ginekoloq, Şəki Regional Perinatal Mərkəzinin Hamiləliyin patologiyası şöbəsinin müdiri Saniyə Məmmədova vəfat edib.
Publika.az-ın əldə etdiyi məlumata görə, həmin vaxt Şəki Ağır Cinayətlər Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 314.2 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) və 311 (rüşvət alma) maddələri ilə təqsirləndirilmiş həkim 64 yaşında dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etməsi bildirilib.
Həmçinin qeyd edilib ki, Saniyə Məmmədovanın barəsindəki 6 illik həbs cəzası sonradan dəyişdirilib və o, vaxtından tez azadlığa buraxılıb. Bundan sonra o, Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və Doğum şöbəsində həkim-mama-ginekoloq olaraq işləməyə davam edib.
Xatırladaq ki, 2018-ci il mart ayının 28-də Şəki Şəhər Regional Perinatal Mərkəzində xəstə Məmmədova Türkan İlham qızı qeysəriyyə əməliyyatı zamanı çoxlu qan itirməsi nəticəsində 3 gün sonra dünyasını dəyişib. 1987-ci il təvəllüdlü Türkan Məmmədova mərkəzin direktor vəzifəsini icra edən, eyni zamanda, mərkəzin Hamiləliyin patologiyası şöbəsinin müdiri Saniyə Məmmədova tərəfindən əməliyyat olunub.
Əməliyyatdan bir müddət sonra xəstədə qanaxma baş verib, əməliyyat zamanı xəstənin damarı zədələnib. O, qanaxması dayanmadığına görə yenidən əməliyyata alınıb. Daha sonra Bakıdan həkim briqadası gəlib və xəstə üçüncü dəfə əməliyyat olunub. Ancaq bu əməliyyatın da bir faydası olmayıb. İstintaqla sübut olunub ki, Türkan Məmmədova həkim səhlənkarlığı ucbatından dünyasını dəyişib. Həmçinin müəyyən olunub ki, bu, Saniyə Məmmədovanın ölümlə nəticələnən birinci əməliyyatı deyil.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2569 Tarix: 20 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türk dövlətlərinin ali məhkəmələri Vahid Məlumat Platforması yaradacaq
İyunun 18-19-da Ali Məhkəmənin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Türk Dövlətləri Ali Məhkəmələrinin II Konfransında iştirak etmək məqsədilə Qazaxıstanın Türküstan şəhərində səfərdə olub. xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb. Konfransda çıxış edən İnam Kərimov bildiri
20 iyunÖzünü prokurorluq işçisi kimi təqdim edən şəxs HƏBS OLUNDU
Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq etmiş şəxs barəsində həbs qətimkan tədbiri seçilib. xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, Mingəçevir Şəhər Prokurorluğunda özünü prokurorluq əməkdaşı kimi təqdim edərək bir sıra şəxslərin pul vəsaitlərini aldatm
20 iyunDünən cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb
İyunun 19-da ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Bu barədə -a DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Ətraflı. Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 148, o cümlədən borclu şəxs qismində axtarışd
20 iyunPaytaxtın bəzi ərazilərində işıq olmayacaq
İyunun 20-də paytaxtın Nəsimi və Nərimanov rayonlarının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət olacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, buna səbəb Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisind
19 iyunKeçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI
Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. -ın məlumatına görə, hadisə iyunun 19-da saat 9 radələrində rayonun Qımır kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 58 yaşlı Kamran Məhərrəmov kəsici alətlə qətlə yetirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkd
20 iyunKİV: ABŞ-nin dövlət katibi Yaxın Şərqə səfər edəcək
ABŞ-nin dövlət katibi Marko Rubio gələn həftə Yaxın Şərqin bir neçə ölkəsinə işgüzar səfər etməyi planlaşdırır. xəbər verir ki, bu barədə "Axios" nəşrinin jurnalisti Barak Ravid şəxsi mənbələrinə əsaslanaraq məlumat yayıb. Jurnalist özünün "X" sosial şəbəkə hesabında qeyd edib:. "Mark
20 iyunPaytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq?
Bakıda iş vaxtlarının fərqli saatlarda başlaması üçün konkret addımlar atılacaq. Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən aparılan təhlillərin yaxın zamanlarda tamamlanması nəzərdə tutulur. mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:. Paytaxtda iş qrafiklərinin mərhələli şəkild
20 iyunSakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Mingəçevir şəhərində payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar bir sıra ərazilərin qaz təchizatında müvəqqəti fasilə olacaq. xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, iyunun 23-də saat 10:00-dan etibarən işlər yekunlaşanadək şəhərin "AzDRES"
19 iyun