Ramin Abdullayev-Namiq Hümmətov cütlüyü Antalyada otel alır -Şok qiymət və şok şərt
Azərbaycanlı məmurlar – son vaxtlar adları ölkə mediasında tez-tez hallanan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini
Namiq Hümmətov və adıçəkilən komitənin nəzdindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayev Türkiyədki daşınmaz əmlaklarını sürətlə genişləndirməkdədir. İstanbul şəhərində çoxlu sayda mənzil və ictimai iaşə obyektinə malik olan cütlük, bugünlərdə Türkiyənin ən böyük turizm mərkəzlərindən biri olan Antalyada da daşınmaz əmlaka sahib olmaq istiqamətində ciddi addımlar atmaqdadır.
Hal-hazırda cütlük Antalyada – şəhər mərkəzindən bir qədər kənarda yerləşən, özündə dəniz və meşə gözəlliyini birləşdirən otellərdən birini almaqla bağlı danışıqlar aparmaqdadır. Olduqca məxfi şəkildə həyata keçirilən danışıqlar prosesi zamanı Ramin Abdullayevlə Namiq Hümmətov otelin gəlir-çıxarı ilə yanaşı, daha bir sıra məsələlər haqqında maraqlanıb ki, bunlardan da biri oteldə işləyən azərbaycanlılarla bağlı olub. Cütlük otelin hazırkı sahibinə açıq şəkildə bildirib ki, onlar oteldə azərbaycanlıların işləməyində maraqlı deyil. Çünki oteldə azərbaycanlıların işləməsi gerçəyi otelin yeni sahibləri, habelə onların buradakı gələcək fəaliyyəti haqqında məlumatların Azərbaycanda yayılması riskini artırır. Bu səbəbdən də alqı-satqı ilə bağlı danışıqların uğurla nəticələnəcyi halda oteldəki azərbaycanlıların müxtəlif bəhanələrlə işdən azad ediləcəyi gözlənilir.
Ramin Abdullayev və Namiq Hümmətovun otel qarşılığında onun sahibinə ilkin olaraq 80-100 milyon dollar arasında pul təklif etdikləri bildirilir. Danışıqlar müsbət nəticələnəcəyi təqdirdə otelin kimin adına sənədləşəcəyi ilə bağlı isə Ramin Abdullayevlə Namiq Hümmətov arasında yekdil fikir yoxdur. Namiq Hümmətov oteli Azərbaycandakı yaxınlarından birinin adına sənədləşdirmək istəsə də, Ramin Abdullayev bunun "riskli olduğu" qənaətindədir. Ramin Abdullayev hesab edir ki, otelin Türkiyə vətəndaşının adına rəsmiəşməsi gələcəkdə Azərbaycan dövlətinin aparacağı mümkün təftişdən yayınmaq üçün daha məqsədəuyğundur.
Gələn sayımızda otelin adı və danışıqların digər detalları haqqında ətraflı məlumat verəcəyik.(cumhuriyyet.net)
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1064 Tarix: 21 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video
Ötən gecə Bakı-Qazax avtomagistralının Navahı qəsəbəsi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 22:00 radələrində Elmir Məmmədlinin idarə etdiyi "Mercedes Vito" markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan "Kamaz" markal
12 sentyabrBu təqaüd 100 manata QALDIRILA BİLƏR - DEPUTAT
Müharibə veteranları və qazilərə ödənilən sosial ödənişlərin artırılması məsələsi yenidən gündəmə gəlib. Hazırda müharibə veteranlarına aylıq 80 manat Prezident təqaüdü ödənilir. Mövzu ilə bağlı Milli Məclisin deputatı Rövşən Muradov -a açıqlama verib:. Qazilər və müharibə veteranlarına sosial dəstəyi
13 sentyabrSosial müavinətlərlə bağlı AÇIQLAMA
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 97 798 nəfərə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub. bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə, onların 52,9 %-ni kişilər
13 sentyabrLeysan olacaq, şimşək çaxacaq - Xəbərdarlıq
Sentyabrın 12-13-də Azərbaycanın bəzi rayonlarında əsasən gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkənin cənub-şərq rayonlarında və dağlıq ərazilərində yağışın qısamüddətli leysan xarakterli olacağı
11 sentyabrBorcu ödəməmək üçün "pulum yoxdur" deyənləri bu cəza gözləyir - CAVAB
ın "Bir sual, bir cavab" rubrikasının bu dəfəki mövzu borcu ödəməmək üçün saxta şəkildə müflisləşən şəxslərlə bağlıdır. Saxta müflisləşmənin cəzası nədir?. xəbər verir ki, Cinayət Məcəlləsinin 212-ci maddəsinə əsasən, kommersiya təşkilatının rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibka
13 sentyabrYeni Klinikada ilk dəfə mexaniki trombektomiya uğurla icra edilib
Yeni Klinikada kəskin işemik insultun müalicəsində mexaniki trombektomiya ilk dəfə uğurla icra edilib. 1950-ci il təvəllüdlü qadın pasiyent kəskin nevroloji əlamətlərlə xəstəxanaya müraciət edib. Pasiyentin vəziyyəti insultun ağırlığını qiymətləndirən NIHSS (National Institutes of Health Stroke Scale
11 sentyabrNazir şöbə müdiri təyin etdi
Kənd Təsərrüfatı Nazirliyində daha bir kadr təyinatı olub. Bununla bağlı nazir Məcnun Məmmədov müvafiq Əmr imzalayıb. Əmrə əsasən, Ruslan Ənvərli nazirlikdə şöbə müdiri vəzifəsinə təyin olunub. Qeyd edək ki, R.Ənvərli bundan əvvəl "Avrora" şirkətində şöbə müdiri, daha əvvəl isə "Kapita
12 sentyabr