Qoşqar Təhməzlinin qardaşı 25 min manat cərimələnə bilər: Müqaviləsiz işçi işlədib?
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəhbəri Qoşqar Təhməzlinin biznesmen qardaşı külli miqdarda cərimə oluna bilər.
"Qaynarinfo"nun məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən "Binə" Mənzil-Tikinti Kooperativinin (MTK) qanuni təmsilçisi və baş direktoru Təhməzli Ataş İlahi oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib olunub.
İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.
Ataş Təhməzli Dövlət Əmək Müfəttişliyi Xidmətinin qərarından Nəsimi Rayon Məhkəməsinə şikayət verib.
İşə hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq.
Əgər Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən protokol təsdiq olunarsa, Ataş Təhməzlini 25 min manata qədər cərimə gözləyir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Temperatur 10° enəcək - Xəbərdarlıq
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?