"Siyəzən Broyler"in bitməyən problemləri - araşdırılmayan şikayətlər

"Siyəzən Broyler"in bitməyən problemləri - araşdırılmayan şikayətlərUzun illərdir ki, keyfiyyətsiz məhsul istehsal etməkdə ittiham olunan "Siyəzən Broyler"lə bağlı şikayətlər səngimir.

Həm elektron KİV-lərdə, həm də sosial mediada bu şirkətin fəaliyyəti ilə bağlı xeyli şikayətlər mövcuddur.

Yeri gəlmişkən, şirkətlə bağlı xarici mediada da bir sıra araşdırma yazıları dərc olunub.

Bildirilir ki, 1984-cü ildə tikilib istifadəyə verilən bu şirkət ölkənin ilk milli şirkətlərindən olsa da, fəaliyyəti heç vaxt qənaətbəxş olmayıb.

Məsələn, elektron KİV-lər yazırlar ki, bu müəssisədə xəstə quşların hər hansı laboratoriya nəzarətindən və yoxlanışından keçirilmədən təkrar yem kimi istifadə olunması halları var.

Bundan başqa, "Siyəzən Broyler" ASC-də istehsal olunan toyuq əti məhsullarının keyfiyyət baxımından müasir tələbata cavab vermədiyi vurğulanır. Bütün bunlara rəğmən, Azərbaycan Qida Təhülkəsizlik Agentliyi (AQTA) ASC-nin fəaliyyətini ciddi yoxlamır, bir sıra nöqsanlara göz yumur.

Əhali arasında bu müəssisənin istehsal etdiyi quş əti məhsullarına münasibət heç də birmənalı deyil. Çünki fabrikdə müxtəlif səbəblərdən xəstə quşlar, hər hansı bir laboratoriya nəzarətindən və yoxlanışından keçirilmədən sanki təkrar yem kimi istifadə olunur. Yəni digər toyuqlara yedizdirilir. Halbuki baytarlıq təlimatına əsasən bu və ya digər səbəbdən ölmüş quşları yüksək temperaturda yandırdıqdan sonra külünü digər yem növlərinə müəyyən olunmuş miqdarda qataraq təkrar yem kimi istifadə etmək olar. Bu isə onu deməyə əsas verir ki, bu quşçuluq fabrikinin məhsulları keyfiyyət sarıdan çox problemlidir.

"Siyəzən Broyler"in istehsal etdiyi məhsulların qoxusu bir çox mətləblərin açarıdır. Yəni ASC-nin müxtəlif dükanlarda istehlakçılara təqdim olunan məhsullarına qoxudan yaxınlaşmaq mümkün deyil. Bir sıra digər broyler toyuqlarında isə nədənsə belə qoxu olmur. Görünür, bu, "Siyəzən Broyler"in toyuqları müxtəlif kimyəvi dərmanlarla tez böyütməsilə bağlıdır".

Mətbuatda yayılmış iddialara görə, broyler toyuqlarının bükülmə materialı insanlarda xərçəng xəstəliyi əmələ gətirən RLC əsaslı qablardır.

Avropa İttifaqının rəsmi sənədlərində göstərilir ki, RLC əsaslı qabların ərzaq məhsulları ilə təmasda olmamalıdır. Yəni məhsul belə qablarda qablaşdırılmamalıdır.

Bundan başqa, quşçuluq fabrikində toyuqlara həddən artıq hormonik maddələr, antibiotik vurulur ki, tez yetişsinlər.

Deyilənlərə görə, "Siyəzən Broyler"də istehsal olunan toyuqların qidalandığı yemlərin tərkibində genetik modifikasiya olunmuş orqanizmlər (GMO) var.

Yəni fabrikdə keyfiyyətsiz quş yemlərindən istifadə olunur. Bu səbəbdən də məhsullar həddən artıq piylənməyə, şəkərli diabetə, mübadilə pozğunluğuna gətirib çıxarır. Bu isə sonda ağır fəsadlara səbəb olur.

2021-ci ildə "Siyəzən Broyler" fabrikinin səhmdarlarının martın 4-də keçirilən illik ümumi yığıncağında elan edilib ki, külli miqdarda mal-material çatışmazlıqları səbəbindən idarəetmə müqaviləsi pozulub, amma iş bununla yekunlaşmayıb.

"Siyəzən Broyler" ASC-nin rəhbərliyi aşkarlanmış pozuntuların araşdırılmasından ötrü hüquq-mühafizə orqanlarına müraciət edib

Həmin ərəfədə adının çəkilməsini istəməyən səhmdarlardan biri "Azadlıq" radiosuna deyib ki, barəsində şikayət olunan şəxslər arasında "Atropatena" QSC-nin İdarə Heyətinin (İH) sədri Elşad Rəsulov da var.

O, 2016-cı ildə "Siyəzən Broyler" ASC-nin Müşahidə Şurasının (MŞ) sədri seçilmişdi.

2016-cı ildə "Siyəzən Broyler" fabrikində 15,8 min ton quş əti istehsal olunub. Məhsulun 1 kiloqramının maya dəyəri 2 manat 23 qəpik, orta satış qiyməti isə 2 manat 78 qəpik olub. Satışdan 44 milyon manat vəsait daxil olub. Bununla belə, yüksək idarəetmə və satış xərcləri, eləcə də manatın məzənnəsinin xarici valyutalara nisbətən düşməsi səbəbindən SC 2,9 milyon manata yaxın zərərə uğrayıb.

Ötən illərdə mediada yayılan xəbərlərdən biri də belədir ki, "Siyəzən broyler" və "Avrora" şirkətləri "AzeSERT HALAL" MMC-yə məxsus "HALAL" nişanından istifadə edir.

"AzeSERT HALAL" MMC bu addımı qanunsuz hesab edib.

"Azad İstehlakçılar" Birliyinin sədri Eyyub Hüseynov da həmin vaxt mediaya bildirmişdi ki, "Siyəzən broyler" və "Avrora" firması dindarları aldadır, dövlətin qanunlarını pozur.

E.Hüseynov "AzeSERT HALAL" MMC-dən "Azad İstehlakçılar" İctimai Birliyinə (AİİB) daxil olan məlumatlar haqda informasiya verib.

O bildirib ki, müəssisələrdə istehsal olunan məhsulların "Halal" qaydalara uyğun sertifikatlaşdırılması zamanı aşkar olunmuş nöqsanlarla bağlı həmin müəssisələrdə istehsal olunan məhsullara "Halal" uyğunluq sertifikatı verilməyib.

Təəssüf ki, nə o zaman, nə də indi "Siyəzən Broyler" yayılan iddialara münasibət bildirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1042   Tarix: 23 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr