Rayondan oxumağa gələn tələbələrə hansı güzəştlər tətbiq edilməlidir ? - AÇIQLAMA
Sentyabrın 15-i Azərbaycanda yeni dərs ili başlayır. Bu günlərdə həm valideynləri, həm də tələbələri ən çox narahat edən məqamlardan biri ev məsələsidir. Paytaxtda kirayə mənzillərin bahalaşdığı bir dövrdə yataqxanalardakı vəziyyətin də ürəkaçan olmadığı bildirilir.
Bəs görəsən bölgələrdən Bakıya oxumağa gələn tələbələr üçün hansı güzəştlər tətbiq edilməlidir ?
Mövzu ilə bağlı Sonxeber.az – a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, Bakıda kiçik bir mənzilin kirayə qiyməti ölkənin minimum maaşına bərabərdir:
"Dünyanın əksər ölkələrində tələbələr yataqxana və ya kirayə mənzillərlə təmin olunur. Sovet dövründə bizdə də bütün tələbələr yataqxana ilə təmin olunurdu. Sonra universitetlərin yataqxanalarının 99 faizi məcburi köçkünlər tərəfindən tutuldu. Tələbələr də çox ağır bir vəziyyətə düşdülər
İndi tələbələr çox pis vəziyyətdədirlər. Çünki özlərinin yaşam, təhsil, kirayə xərcləri onların həyat şərtlərini çətinləşdirir. Ödənişli əsaslarla oxuyanlar üçün isə hər şey daha da çətindir. Bakıda kiçik bir mənzilin kirayə qiyməti ölkənin minimum maaşına bərabərdir. Belə bir şəhərdə uşaq oxutmaq orta statistik bir ailənin imkanları daxilində deyil. Bu problemin həlli üçün keçmiş universitetlərin bütün yataqxanaları boşaldılmalıdır. Çünki artıq Qarabağ alınıb. Məcburi köçkünlər oradan çıxarılıb öz rayonlarına göndərilməlidirlər və həmin yataqxanalar tələbələrə verilməlidir. Yeni açılmış universitetlərdə isə yataqxana tələbi qoyulmalıdır. İstər dövlət, istər özəl universitetlərdə yeni yataqxanalar tikilməlidir. Dövlət universitetlərində yataqxanalar pulsuz olmalıdır. Özəl universitetlərin yataqxanaları isə maksimum ucuz olmalıdır. Əgər bu imkanlar təmin olsa tələbələr çətin vəziyyətlərə düşməz.
Ona görə də bu məsələ həll olunmalıdır. Hər il yüzlərlə tələbə təhsil almaqdan imtina edir. Buna səbəb 4 il boyunca Bakıda oxumağa maddi imkanlarının bəs etməməsidir".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Temperatur 10° enəcək - Xəbərdarlıq
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?