Azərbaycanın ən bahalı məktəbləri - FANTASTİK QİYMƏTLƏR

Azərbaycanın ən bahalı məktəbləri - FANTASTİK QİYMƏTLƏRAzərbaycanda təhsil pulsuz olsa da, pullu fəaliyyət göstərən özəl məktəblər də az deyil. Bu gün ölkəmizdə ümumilikdə 32 pullu məktəb fəaliyyət göstərir. İllik ödənişi kifayət qədər yüksək olan bu məktəblərdə ödənilən məbləğə səhər və günorta yeməyi, kitablar və dəftərlər, məktəbli forması, dərsdən sonra məşğələ prosesi, bəzilərində isə nəqliyyat xərcləri də daxildir. Həmçinin, bu məktəblərin bəzilərində qiymətlər ibtidai və yuxarı sinif şagirdləri üçün fərqlidir.

"Cebheinfo.az" həmin məktəblərdən bəzilərinin qiymətini araşdırıb.

"Sabis Sun" Beyəlxalq Məktəbi. Burada illik təhsil haqqı 17 000 manatdan başlayır. Məktəbdə tədris yalnız ingilis dilində aparılır. Həmçinin, məktəbdəki müəllimlərin 90 faizə qədəri əcnəbidir.
"Baku Oxford School". Burada da təhsilin illik qiyməti 17 000 manata qədərdir. Məktəbdə yalnız ingilis dilində aparılan tədris metodikası var.
Müasir İnnovasiyalar Liseyi. Burada həm Azərbaycan, həm ingilis dili üzrə bölmə var və qiymət də buna uyğun dəyişir. Ümumilikdə təhsil haqqı 6500 manatdan 8500 manata qədər dəyişir.
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi. Burada isə təhsil haqqı hər kəs üçün eynidir. Yalnız bölmələrə görə qiymət dəyişir. Azərbaycan bölməsində təhsil haqqı 8800, ingilis dili bölməsində 12800 manatdır.
Avropa Azərbaycan Məktəbi. Burada da illik təhsil haqqı olduqca yüksəkdir. İbtidai siniflər üçün məbləğ 11 250 manat, yuxarı siniflər üçün isə 17 150 manatdır. Qeyd edək ki, ümumilikdə qiymətlər məktəblərin öz daxili qaydaları əsasında tənzimlənir.
O da məlumdur ki, özəl, bahalı məktəblərdə təhsil özəl məktəblərdə təhsil dövlət məktəblərindən nəqliyyat xidməti, qidalanma, dərsdən sonra əlavə dərnək və məşğələlər, əlavə olaraq 2-3 xarici dilin öyrədilməsi və ya tədrisin yalnız xarici dildə aparılması ilə fərqlənir. Lakin bu məktəblərdə qiymətlər heç də hər kəs üçün əlçatan deyil. Valideynlər təhsilhaqlarının verilən xidmətdən çox yüksək olduğunu düşünürlər. Məsələn, bir müddət əvvəl sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən özəl məktəblərdən biri Azərbaycan Beynəlxalq Məktəbidir ("TISA International School of Azerbaijan") Belə ki, sözügedən məktəbdə illik təhsilhaqqının 43673 manat olduğu bildirilir.
Bir çox mütəxəssislər hesab edir ki, Azərbaycanda özəl təhsilin keyfiyyəti tələb olunan məbləğə uyğun deyil. Qiymətlərin bu qədər süni olaraq artırılması həmin məktəblərə təklifin çox olması ilə bağlıdır.

Mövzu ilə bağlı təhsil eksperti Adil Vəliyev "Yeni Müsavat"a açıqlamasında bildirib ki, özəl məktəblərin təhsil haqlarının bir-birindən fərqli olmasının səbəbi onların müəyyən etdiyi tədris proqramı və xaricdə təhsil imkanlarıdır:

"Adətən, bu məktəblərdə təhsil alan şagirdlər və onların valideynləri xaricdə təhsil imkanı haqqında düşünürlər. Çünki bu cür özəl məktəblərdə bəzi beynəlxalq imtahan mərkəzlərin nümayəndəlikləri var. Həmçinin tədris proqramları da birbaşa beynəlxalq standartlara uyğun olduğu üçün bu fərqlilik birbaşa təhsil haqqına təsir edir. Dövlət məktəblərində təhsil alan şagirdlərin əksəriyyəti yalnız Azərbaycanda təhsil almaq haqqında düşünür. Lakin özəl məktəblərdə təhsil alan şagirdlər artıq gələcək planlarını xaricdə təhsil almaq üstündə qurub. Sözsüz ki, burada attestatla xaricdə təhsil almaqdan söhbət getmir. Beynəlxalq imtahanlarda iştirak edərək, xaricdə top universitetlərə daxil olmaqdan söhbət gedir".

Adil Vəliyev özəl məktəblərin illik təhsil haqlarının kifayət qədər baha olduğunu vurğulayıb:

"Ola bilər ki, illik 18 000 manat olması normal hesab olunsun, amma 20 000, 30 000 olması çox yüksəkdir. Lakin qeyd etdiyim kimi, bura şagirdlərin qidalanması, xüsusi dərs vəsaitləri də daxildir. Bununla belə, həmin şagirdlər buraxılış və yaxud qəbul imtahanları verəndə nəticələri o qədər də ürəkaçan olmur. Çünki bu şagirdlər xaricdə təhsil almağı düşünülər və onların hazırlaşdığı xüsusi müəyyən imtahan, tədris proqramı var ki, bu proqram da Azərbaycan tədris proqramından tamamilə fərqlidir".

Təhsil eksperti Elçin Əfəndi isə qeyd edir ki, özəl məktəblərdə təhsilhaqqı hər il artırılır:

"Əlbəttə ki, qiymətlərin baha olmasının səbəbi özəl təhsil müəssisəsinin təqdim etdiyi qiymətlər paketindən asılıdır. Məsələn, elə müəssisələr var ki, onlar servis xidməti, dərsdən kənar məşğələlər təşkil edir, səliqəli və komfortlu auditoriyaları var. Bura həmçinin şagird qidalanması və digər məsələlər də daxildir. Eyni zamanda özəl təhsil müəssisələri arasında rəqabətlilik var deyə əksər hallarda biri digərindən daha üstün xidmət təklif etməyə çalışır və nəticədə həmin xidmətin tətbiqi əlavə maliyyə artımına səbəb olur.

Fikrimcə, özəl məktəblər illik təhsil haqlarını ildən-ildə artıran zaman buna paralel olaraq təhsilin keyfiyyətinin də yüksəldilməsinə çalışmalıdırlar. Lakin biz müşahidə edirik ki, bəzən özəl məktəblərin məzunlarının əldə etdiyi nəticələr hansısa ucqar, dağ kəndinin şagirdinin nəticələri qədər olur. Və yaxud bəzən rayonlardan olan abituriyentlərin imtahan nəticələri özəl təhsil müəssislərinin məzunu olan abituriyentlərdən daha yüksək olur. Bu baxımdan hesab edirəm ki, burada təkcə müəyyən xidmətlər üzrə keyfiyyəti yüksəltmək kifayət etmir, eləcə də müvafiq bilik və bacarıqların formalaşması istiqamətində informasiyanın düzgün ötürülməsi, keyfiyyətli təhsilin təqdim olunması ön plana çıxmalıdır. Yalnız belə olan halda özəl təhsil müəssisələrinin rəqabət mühiti daha da inkişaf edə bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1486   Tarix: 23 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr