Azərbaycan Alpaqut Federasiyasının (Dünya Alpaqut Federasiyasının Azərbaycan nümayəndəliyinin) qurultayı keçirilib

Azərbaycan Alpaqut Federasiyasının (Dünya Alpaqut Federasiyasının Azərbaycan nümayəndəliyinin) qurultayı keçirilibAzərbaycan Alpaqut Federasiyasının (Dünya Alpaqut Federasiyasının Azərbaycan nümayəndəliyinin) qurultayı keçirilib.

Atatürk Mərkəzində təşkil olunan tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qurultayda Azərbaycan Alpaqut Federasiyasının (AAF) İdarə Heyətinin yeni tərkibi formalaşıb və federasiyaya prezident seçkisi olub. Federasiyanın bütün filial və klub rəhbərləri, məşqçiləri, hakimləri və 18 yaşına çatan idmançılarının iştirakı ilə keçirilən səsverməyə əsasən Rafiq Qasimov, Kənan Quliyev, Qabil Hüseynov, Elsəvər Puri, Cəfər Cəfərov, Emil Rəhimov, Vasif Namazov, Fuad Quliyev idarə heyətinin üzvləri, Nizami Ağayev İdarə heyətinin sədri, Əli Hacıyev isə Nəzarət Təftiş Komisiyasının sədri seçilib. Daha sonra Ümumi Yığıncağın səs vermə nəticəsində Fuad Quliyev yekdilliklə AAF-a yeni prezident seçilib.

O, çıxış edərək alpaqut turan döyüş sənətinin inkişafını sürətləndirmək üçün əlindən gələni edəcəyini bildirib.

Qurultayda Dünya Alpaqut Federasiyasının vitse prezidenti Tural Abasquliyev, reklam və marketinq depatamentinin sədri Firuzə İsgəndərova, İdarə heyətinin üzvü Fərid Əlizadə və DAF prezidenti Millət vəkili Jalə Əhmədova qonaq qismində iştirak edib.

DAF prezidenti Jalə Əhmədova ölkəmizdə idmana yaradılan şəraitdən və ölkə başçısı İlham Əliyevin idmana olan qayğısını xüsusi vurğulayaraq, Azərbaycan Alpaqut federasiyasının yeni rəhbərliyinə uğurlar arulayıb.

Qeyd edək ki, Dünya Alpaqut Federasiyası alpaqut milli idman növünü inkişaf etdirmək məqsədilə 2014-cü ildə qurulan beynəlxalq təşkilatdır. Federasiyanın Azərbaycan başda olmaqla 57 ölkə üzrə rəsmi nümayəndəlikləri, klub və federasiyaları var. Federasiya IMGC, Fair-Play, ICSSPE, ISNO, GAWSF, TAFISA kimi tanınmış ciddi beynəlxalq idman birliklərinin üzvüdür. Dünya Alpaqut Federasiyası Beynəlxalq Assosiasiyalar İttifaqının nəşri olan Beynəlxalq Təşkilatların İllik Kitabında dərc edilib və Beynəlxalq Standart Ad Təyinatçısı (ISNI) təşkilatında qeydiyyata alınıb.
Azərbaycan Alpaqut Federasiyasının (Dünya Alpaqut Federasiyasının Azərbaycan nümayəndəliyinin) qurultayı keçirilibAzərbaycan Alpaqut Federasiyasının (Dünya Alpaqut Federasiyasının Azərbaycan nümayəndəliyinin) qurultayı keçirilibAzərbaycan Alpaqut Federasiyasının (Dünya Alpaqut Federasiyasının Azərbaycan nümayəndəliyinin) qurultayı keçirilibAzərbaycan Alpaqut Federasiyasının (Dünya Alpaqut Federasiyasının Azərbaycan nümayəndəliyinin) qurultayı keçirilib


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 636   Tarix: 23 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr