Taksidə qadını söydü, cərimələndi
Nərimanov rayonunda xanım müştəri onu söyən taksi sürücüsünü məhkəməyə verib.
"Qafqazinfo"nun məlumatına görə, Samirə Əsgərova (ad-soyad şərti-red) hakimdən sürücünün cəzalandırılmasını xahiş edib.
Hadisəyə gəlincə, protokoldan görünür ki, Samirə taksiyə əyləşdikdən sonra maşının qapısını bərk örtüb. Sürücü ona yavaş olmasını dedikdə isə o, "yaxşı edirəm, mən evdə də qapını belə örtürəm", - deyərək təkrar qapını açıb və daha möhkəm çırpıb. Müştərinin hərəkətlərindən əsəbiləşən sürücü "siz dəlisiniz?!" deyə sual edib və sərnişini söyüb.
Bundan sonra xanım şikayət edib.
Nərimanov Rayon Məhkəməsi taksi sürücüsünün hərəkətini xırda xuliqanlıq kimi qiymətləndirib. Sürücü 50 manat cərimə olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 905 Tarix: 24 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabrXırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib
Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var
4 noyabrArvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabr