Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
Avqustun 24-ü saat 10:00 olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Milli Hidrometeorologiya Xidmətindən Sonxeber.az-a verilən xəbərə görə, düşən yağıntının miqdarı Zaqatalada 18 mm, Sarıbaşda (Qax) 16 mm, Balakəndə 15 mm, Xınalıq, Xaçmaz, İsmayıllı, Yevlax, Mingəçevir, Sabirabad, Şəki, Xaltan, Qusarda 2 mm-dək olub.
Öncədən xəbər verildiyi kimi sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Goranboyda 23 m/s, Culfada 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 18 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR -da 40, aran rayonlarında 39, dağlıq rayonlarda 30 dərəcəyədək isti qeydə alınıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1077 Tarix: 24 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabrXırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib
Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var
4 noyabrArvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabr