İşsizlərə hansı halda kredit VERİLƏ BİLƏR? - AÇIQLAMA
Bu gün vətəndaşlar pula ehtiyacı olan zaman kredit üçün banklara üz tuturlar. Banklar vətəndaşlara kredit verən zaman ilk növbədə şəxsin gəlirlərinə, rəsmi iş yerinin olub-olmamasına diqqət yetirirlər. Vətəndaşın daimi gəliri olsa belə, bu onun əmək kitabçasında qeydə alınmır. Nəticə etibarilə həmin şəxslər rəsmi olaraq işsiz hesab olunur. Bu hallar xarici ölkələr üçün də keçərlidir. Şəxsin rəsmi iş yeri, sabit gəliri yoxdursa, bank bu zaman kredit verməkdən boyun qaçırır. Amma bu mümkünsüz deyil.
Xarici ölkə təcrübəsində vətəndaşların alternativ gəlir mənbələri yoxlanılır. Əgər şəxsin rəsmi iş yeri yoxdursa, fərdi kreditdən yararlana bilir. Bəs Azərbaycanda rəsmi iş yeri olmayan şəxslər hansı halda kreditdən yararlana bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan iqtisadçı ekspert Eyyub Kərimli deyib ki, Azərbaycan şəraitində işsizlərin kreditdən yararlanmağı çətindir:
"İşsizlərin bankdan kredit götürməyi çətindir. Hətta elə olur ki, mümkünsüzdür. Banklar vətəndaşlara kredit verən zaman müştərinin gəlirlərini əsas götürürlər. Eyni zamanda, müştərinin yanında zamin olsa belə banklar həmin krediti verməkdə tərəddüd edirlər. İşsiz adam ancaq rəsmi iş yeri olan damın zaminliyi ilə kredit götürə bilər. Çünki burada risklər çoxdur. Bank daha çox problem yaranarsa, vəsaitin gələcəkdə işləyən adamın gəlirlərinə yönəldilməsi istiqamətində düşünür. Bu baxımdan qeyd etmək istəyirəm ki, işləməyən adam kredit verilsə də, az məbləğdən yararlana bilir. Banklar tərəfindən həmin müştərilərə 300-500 manat arası kredit verilə bilər".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2898 Tarix: 11 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrPensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabrUşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə
4 noyabrAğır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA
Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi
4 noyabrÖzəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is
3 noyabr