"Anar Bayramov əlillərin problemi ilə yox, biznesi ilə məşğuldur" –"...müavini Ramin Rzayev də bu cür işləyənlərdəndir"

"Anar Bayramov əlillərin problemi ilə yox, biznesi ilə məşğuldur" –"...müavini Ramin Rzayev də bu cür işləyənlərdəndir"Bu Anar Bayramovdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin İdarə Heyətinin sədridir. Həmin Agentlik əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası üzrə qurumdur. Eyni zamanda Anar Bayramov "A-Qroup Sığorta Şirkəti"nin Direktorlar Şurasının üzvüdür. Yəni faktiki olaraq nəinki sadə məmur, Agentlik rəhbəri özəl sığorta şirkətinin rəhbər şəxslərindən biridir. Özü də həmin sığorta şirkətində 2002-ci ildən çalışır, İdarə Heyətinin sədri də olub. Amma 2021-ci ildən dövlət işinə keçdikdən sonra da özəl qurumda fəaliyyətinə xitam verməyib.

Yenixeber.org xəbər verir ki, bu barədə məlumatı hüquqşünas Əkrəm Həsənov paylaşıb. O bildirib ki, A.Bayramov kimilər qanunda olan boşluqdan istifadə edərək dövlət işində ola-ola bizneslə də açıq şəkildə məşğul olurlar:

"Son illər ərzində publik hüquqi şəxs statusunda xeyli qurum yaradılıb. Faktiki olaraq dövlət orqanlarının səlahiyyətləri onlara verilir. Amma dövlət orqanlarında çalışanlardan fərqli olaraq publik hüquqi şəxslərin işçiləri dövlət qulluqçuları hesab edilmir. Qanunda boşluq var: publik hüquqi şəxslərin işçilərinə hər hansı digər fəaliyyətlə məşğul olmaq qadağan edilmir. Onlar da bundan sui-istifadə edərək dövlət işində ola-ola özəl bizneslə də aşkar şəkildə məşğul olurlar. Yəni dövlətdən maaş ala-ala iş vaxtı ərzində bizneslə də məşğuldurlar. Özü də bunu heç gizlətmirlər.

Məsələnin etik aspekti (dövlətdən maaş ala-ala iş vaxtı ərzində biznes fəaliyyəti) bir tərəfə, əsas həm də odur ki, faktiki olaraq məmur, hətta rəhbər olan şəxslər özəl sektora müdaxilə edirlər və nəticədə ciddi maraqlar toqquşması yaranır. Bilmirsən, dövlət maraqlarını rəhbər tuturlar, yoxsa özəl maraqları.

Sadəcə rəzalətdir. Yeri gəlmişkən, Bayramovun müavini Ramin Rzayev də bu cür işləyənlərdəndir. Həmin qurumda ucdan tutma hamısı belə imiş. Əlillərin problemləri qalıb bir tərəfdə, bu məmurlar isə bizneslə məşğuldurlar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1234   Tarix: 11 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Miras üstündə mübahisə: Qanun vərəsələrin hüquqlarını necə qoruyur? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Vərəsəlik hüququ ilə bağlı mübahisələr əmlakın bölüşdürülməsi zamanı ən çox rast gəlinən hüquqi problemlərdən biri olaraq qalır. Miras qoyanın vəfatından sonra ev, torpaq və digər əmlakın vərəsələr arasında necə bölünməsi, vəsiyyətnamənin hüquqi qüvvəsi, eləcə də bir neçə şəxsin eyni əmlaka iddia etməs

4 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə

4 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr