DOST-un 2 milyona ofis icarəyə götürdüyü şirkət kimindir?
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) 2 saylı Bakı DOST Mərkəzi üçün inzibati bina icarəyə götürür.
Qaynarinfo xəbər verir ki, qurum bununla bağlı elan etdiyi tenderə yekun vurub. Tenderin qalibi "Avtomotoservis" Açıq Səhmdar Cəmiyyəti (ASC) seçilib.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 2 015 378,64 manatdır. İcarəyə götürüləcək ofisin sahəsi 1293,9 kvadratmetrdir. İcarə müddəti barədə heç bir qeyd yoxdur.
Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "Avtomotoservis" ASC-nin adına rast gəlinmir. Araşdırmalarımız zamanı məlum olub ki, şirkət uzun müddətdir fəaliyyət göstərir. Nizamnamə kapitalı 521 842 manatdır. Şirkətin qanuni təmsilçisi Hüseynli Məharət Ədalət oğludur.
Məharət Hüseynli hüquqşünasdır. O, ötən il "Şəhər Bağları" yaşayış massivində Tofiq Hüseynov adlı 73 yaşlı kişini döyməklə gündəmə gəlib. Bu olayın videogörüntüləri də yayılıb.
Həmin vaxt media Məharət Hüseynlini vəkil kimi təqdim edib. Lakin Vəkillər Kollegiyası açıqlama yayaraq onun qurumun üzvü olmadığını bildirib.
Məharət Hüseynlinin özü isə hadisəni təkzib edib. "Xeyr, belə bir hal yoxdur. Görüntülərdə nə olduğunu bilmirəm", deyə o bildirib.
Məharət Hüseynlinin adına "İdeal" mağazalar şəbəkəsinin sahibi olmuş İlqar İsmayılovla AZAL-ın keçmiş rəhbəri Cahangir Əsgərovun xanımı Zemfira Həmzəyeva arasındakı məhkəmə çəkişməsində də rast gəlinir. Məharət Hüseynli bu işdə Zemfira Həmzəyevanın nümayəndəsi kimi çıxış edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2391 Tarix: 11 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrPensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabrUşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə
4 noyabrAğır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA
Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi
4 noyabrÖzəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is
3 noyabr