Avtobus və metrolar üçün yeni KARTLAR YARADILIR: Gediş haqqı daha UCUZ OLACAQ - AÇIQLAMA

Avtobus və metrolar üçün yeni KARTLAR YARADILIR: Gediş haqqı daha UCUZ OLACAQ - AÇIQLAMABu gün avtobus və metrolarda nağdsız ödəniş vastəsi kimi "Bakıkart"dan istifadə olunur. İctimai nəqliyyatda yeni ödəniş üsullarının tətbiqi insanların rəqəmsal biliklərinin artmasına imkan verir. Hazırda insanlar "BakıKart"dan savayı, "BakıKart" mobil tətbiqinin QR biletlərindən də ödəniş edirlər. Amma hələ də bu sahədə ciddi çatışmazlıqlar var. Vətəndaşlar bu üsullarla yanaşı, alternativ yol kimi bank kartlarından da istifadə etmək istəyirlər.

Bəs metro və avtobuslarda bank kartları ilə ödəniş etmək nə vaxt mümkün olacaq? Mövzu ilə bağlı Sonxeber.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, Azərbaycanda həm metro, həm də avtobuslarda bank kartlarından istifadə ilə bağlı ciddi işlər görülür:

"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bununla bağlı açıqlama vermişdi. Hazırda belə bir layihə üzərində iş gedir. Hətta "Bakıkart"dan daha üstün funksiyalara malik sistem olmalıdır ki, bank kartları tanına bilsin. Gələcəkdə ictimai nəqliyyatda ödəniş sistemi ilə bağlı fərqli yanaşmalar olacaq. Tələbə, təqaüd , hətta qazilər üçün kartlar hazırlanacaq. Eyni zamanda günlük, həftəlik və aylıq kartların hazırlanması planlaşdırılır. Onlar fərqli qiymətlərdə olacaq. Avtobus və metro üçün illik kart alanda büdcə baxımdan sərfəli olur. Bu gün gediş haqqı 50 qəpikdirsə, həmin kartlarla sərnişinə 40 qəpiyə başa gələcək".

Ekspertin sözlərinə görə, vətəndaşı ictimai nəqliyyata həvəsləndirmək üçün belə kampaniyalar keçirilir, bonuslar verilir. Vətəndaş aylıq və illik ödəniş edib, kart alanda üstünlükləri hiss edəcək:

"Gələcəkdə belə bir mexanizm yaradılacaq. Əlbəttə ki, fərqli kartlar da olacaqdır. Bunun həlli üçün avtobusların hamısı kart sistemə keçməlidir. Bu gün Azərbaycanda elə avtobuslar var ki, orada validator quraşdırmaq çətindir. Ödəmə cihazlarını oraya quraşdırmaq mümkün deyil. Vətəndaşlar avtobusun ön qapısından minib, arxa qapısından düşürlər. Sistemi həmin avtobuslara quraşdıranda minmək mümkün olmayacaq. Çünki köhnə avtobuslardır. Həmin avtobuslar istehsal ediləndə nağdsız ödənişə keçid təsəvvürlərində olmayıb. Xırda problemlər mövcuddur. Bu ay yaxud önümüzdəki aylarda həll olunacaq deyə bilmərəm. Amma bu 1-2 il ərzində baş verə bilər".

Qeyd edək ki, Bakı şəhərində 300 avtobus var ki, onlara nağdsız ödəniş terminallarıınn quraşdırılması mümkün deyil. Bundan başqa, 200-ə yaxın avtobusun da nağdsız ödənişə keçirilməsi ilə bağlı işlər görülür.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 20061   Tarix: 12 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Miras üstündə mübahisə: Qanun vərəsələrin hüquqlarını necə qoruyur? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Vərəsəlik hüququ ilə bağlı mübahisələr əmlakın bölüşdürülməsi zamanı ən çox rast gəlinən hüquqi problemlərdən biri olaraq qalır. Miras qoyanın vəfatından sonra ev, torpaq və digər əmlakın vərəsələr arasında necə bölünməsi, vəsiyyətnamənin hüquqi qüvvəsi, eləcə də bir neçə şəxsin eyni əmlaka iddia etməs

4 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə

4 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr