Azərbaycanlı alpinist itkin düşdü
Ərak şəhərindən olan azərbaycanlı dağçı 60 yaşlı Həsən Səfəri İranın Əlbürz dağında itkin düşüb.
Sonxeber.az axar.az-a istinadən xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb.
Bildirilib ki, azərbaycanlı alpinist sentyabrın 18-də Əlbürzün zirvəsi Dəmavəndə yola düşüb, onu zirvəyə qalxan vaxt iki başqa alpinist görüb.
"Deyilənə görə, o, zirvədən qayıdan zaman hava buludlu olub, buna görə də Səfərinin yolu itirdiyi ehtimal olunur", - məlumatda vurğulanıb.
Səfərinin ailəsi Qızıl Aypara Cəmiyyəti və başqa əlaqədar dövlət qurumlarının axtarış əməliyyatlarının kifayət qədər intensiv aparılmadığına görə dağçılara müraciət edib və onlardan azərbaycanlı alpinistin tapılması üçün səfərbər olmalarını xahiş edib.
Qeyd edək ki, bundan əvvəl avqustun 16-da təbrizli alpinist Əmir Səfəri də eyni yerdə itkin düşüb və bu günə kimi onun taleyindən xəbər yoxdur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 921 Tarix: 26 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi
3 noyabrKeçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabr"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd
2 noyabr