Estetik əməliyyatdan sonra vəsiqə və pasportlar dəyişdirilməlidir? - ARAŞDIRMA

Estetik əməliyyatdan sonra vəsiqə və pasportlar dəyişdirilməlidir? - ARAŞDIRMAPlastik əməliyyatlardan sonra üz cizgilərində kəskin dəyişikliklər olarsa, şəxsiyyət vəsiqəsi mütləq dəyişdirilməlidir. Vəsiqəni almaq üçün ASAN xidmətə yaxınlaşdıqda estetik sənədlər və eyniləşdirmə aparmaq tələb olunur.

Bir neçə il öncə Çində məktəblilərin rəsmi tətilindən istifadə edən üç yaxın dost Cənubi Koreyaya plastik əməliyyat etdirməyə gediblər. Çənə və burun əməliyyatlarından sonra simaları tam dəyişildiyi üçün ölkələrinə qayıdarkən hava limanından təyyarəyə buraxılmayıblar. Üz cizgiləri ilə pasportlarındakı şəkilləri uyğun olmadığı üçün polis tərəfindən sorğuya alınıblar. Bu xəbər bir müddət dünya mediasında geniş yayılmışdı.

Ölkəmizdə də estetik əməliyyatlar çiçəklənmə dövrünü yaşayır desək, yanılmarıq. Hətta son zamanlar sosial şəbəkələri göz rənglərini dəyişdirən pasiyentlərin şəkilləri bəzəyir. Maraqlıdır, estetik əməliyyatlardan sonra şəxsiyyət vəsiqələri və xarici pasportlar dəyişdirilməlidirmi?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Pasport nəzarətində problemlər yaşayırlar

Kosmetoloq Sahra Səmədzadə qəzetimizə açıqlamasında bildirdi ki, belə əngəllə nəinki pasiyentləri, özü də qarşılaşıb: "Mən də burun əməliyyatımdan sonra xarici ölkələrə getdikdə pasport nəzarətində problem yaşayırdım. Məhz bu səbəbdən pasportumu dəyişdirdim".

Kosmetoloq düşünür ki, estetik prosedurlar pasiyentlərin simalarında ciddi dəyişikliklərə səbəb olduğu üçün onlar əməliyyatdan sonra pasportlarını dəyişdirməlidirlər: "Bizə insanlar əsasən, burun korreksiyası, dodaq dolğusu, "full face", üzdə yorğun yanaq sindromunun aradan qaldırılması üçün müraciət edirlər. Bu proseduralardan sonra pasiyentlərin üz quruluşunda müsbət mənada ciddi dəyişikliklər olur. Onlar xarici ölkələrə getdikdə pasport nəzarətində problemlər yaşayırlar. Çünki bu cür kosmetoloji prosedurların icrasından sonra real görüntüləri ilə pasport şəkilləri arasında ciddi uyğunsuzluqlar yaranır. Əsasən, burun əməliyyatı və kosmetoloji prosedurdan sonra pasiyentlərim pasportlarını dəyişdirmək üçün müraciət edirlər. Hazırda aktual olan əməliyyat göz rənginin dəyişdirilməsidir. Düşünürəm ki, bu prosedurdan sonra da pasport mütləq dəyişidirilməlidir".

Bəs qanunvercilik nə deyir?

Hüquqşünas Sabir Qəniyev deyir ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) maşınla oxunan sənədlərə, o cümlədən pasportlara dair tələbləri tənzimləyən ICAO Doc 9303 sənədini hazırlayıb. Bu, vətəndaşların sərhədləri keçərkən təhlükəsizliyini və identifikasiyasını təmin etmək üçün ölkələrin riayət etməyə borclu olduğu əsas beynəlxalq standartlardır: "Beynəlxalq təcrübədə plastik əməliyyatlar və ya göz rənginin dəyişdirilməsi kimi əməliyyatlardan sonra sənədlərin yenilənməsi, şəxsiyyətin müəyyənləşdirilməsində bu standartlar əsas götürülür. Standartlar çərçivəsində əsas diqqət biometrik məlumatlara - üz şəkli, barmaq izləri və sənəd sahibinin identifikasiyası üçün istifadə olunan digər mümkün biometrik parametrlərə yönəlib".

Pasport ICAO tövsiyələrinə uyğun olaraq dəyişdirilməlidir

Hüquqşünas bildirir ki, bir şəxs xarici görünüşünü əhəmiyyətli dərəcədə dəyişdirdikdə, ölkələr ICAO tövsiyələrinə uyğun olaraq pasportun yenilənməsini tələb edir ki, yeni məlumatlar şəxsin xarici görünüşünü əks etdirsin: "Lakin bununla belə, ICAO standartlarında xarici görünüş dəyişildikdə pasportun mütləq dəyişdirilməli olduğu birbaşa qeyd olunmur. Əgər şəxsin xarici görünüşü plastik əməliyyat və ya göz rənginin dəyişdirilməsi nəticəsində dəyişirsə və onu əvvəlki fotoşəkildən tanımaq mümkün deyilsə, pasport ICAO tövsiyələrinə uyğun olaraq dəyişdirilməlidir. ICAO-nun tövsiyələrinə əsasən, pasportun etibarlılıq müddəti adətən 5-10 ildir, lakin xarici görünüşdə əhəmiyyətli dəyişikliklər olduqda sənədlər müddətin bitməsinə qədər yenilənməlidir. Bu, xarici görünüşdəki dəyişikliklərin vizual identifikasiyanı və üztanıma sistemlərinin işini çətinləşdirməsi ilə bağlıdır".

Bununla bağlı birbaşa tələb yoxdur

Azərbaycanda şəxsiyyət vəsiqəsinin verilməsi qaydalarına gəldikdə isə, mütəxəssis vurğulayır ki, bu qaydaları Prezidentin müvafiq fərmanı müəyyən edir. Lakin Azərbaycanda da xarici görünüş dəyişdirildikdə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı birbaşa tələb yoxdur: "Bu Əsasnamə İCAO-nun tələblərinə uyğun tənzimlənir. Azərbaycan, ICAO-nun üzv dövləti kimi, bu tövsiyələrin yerinə yetirilməsinə ciddi nəzarət edir ki, pasportların təhlükəsizlik və identifikasiya tələblərinə uyğunluğu təmin olunsun".

Bu hal səyahətini mürəkkəbləşdirə bilər

Azərbaycanın milli qanunvericiliyində isə şəxsin xarici görünüşündəki dəyişikliklər identifikasiyanı çətinləşdirəndə pasportun yenilənməsi tələb edilir: "Bu, plastik əməliyyatlar və ya göz rənginin dəyişdirilməsi kimi əhəmiyyətli dəyişiklikləri əhatə edir. Əgər şəxsin üz quruluşu dəyişibsə və onu pasportdakı fotoşəkildən tanımaq çətindirsə, pasport dəyişdirilməlidir. Bu qayda ICAO standartlarına riayət etməkdən irəli gəlir, çünki dəqiq vizual identifikasiya sərhədlərdə təhlükəsizliyin təmin edilməsinin əsas elementidir. Həmçinin şəxs xarici görünüşündəki dəyişiklikləri əks etdirməyən pasportunu vaxtında yeniləmədikdə, səyahət zamanı müxtəlif çətinliklərlə üz-üzə gəlmə ehtimalları artır. Bu çətinliklər sərhəd keçidində və ya rəsmi yoxlamalarda şəxsiyyətin dəqiq müəyyənləşdirilməməsi ilə bağlı problemləri əhatə edə bilər. Belə hallarda sərhəd mühafizəçiləri və ya digər müvafiq orqanlar əlavə sənədlər və ya təsdiq tələb edə bilər ki, bu da səyahəti daha da mürəkkəbləşdirir".

DİN-dən açıqlama: "Mütləqdir"

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev "Kaspi" qəzetinə bildirdi ki, biometrik şəxsiyyət vəsiqəsinin göstəricilərinə əsasən, şəxsin üz quruluşunun və yaxud göz rənginin dəyişdirilməsi onun kimliyini müəyyən etməkdə maneə yaratmır.

DİN yanında Baş pasport, Qeydiyyat və Miqrasiya idarəsindən isə mətbuata bildirilib ki, plastik əməliyyatlardan sonra üz cizgilərində kəskin dəyişikliklər olarsa, şəxsiyyət vəsiqəsi mütləq dəyişdirilməlidir. Vəsiqəni almaq üçün ASAN xidmətə yaxınlaşdıqda estetik sənədlər və eyniləşdirmə aparmaq tələb olunur. Həmin şəxsin yaxın qohumları çağırılır və aktlaşdırma aparılır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1069   Tarix: 26 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Miras üstündə mübahisə: Qanun vərəsələrin hüquqlarını necə qoruyur? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Vərəsəlik hüququ ilə bağlı mübahisələr əmlakın bölüşdürülməsi zamanı ən çox rast gəlinən hüquqi problemlərdən biri olaraq qalır. Miras qoyanın vəfatından sonra ev, torpaq və digər əmlakın vərəsələr arasında necə bölünməsi, vəsiyyətnamənin hüquqi qüvvəsi, eləcə də bir neçə şəxsin eyni əmlaka iddia etməs

4 noyabr
.

Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb

2 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr