"Yeniyetmələr arasında kriminal aləmə olan meylərin artmasının qarşısını almaq üçün hər birimiz üzərimizə düşəni etməliyik" - DEPUTAT
Son zamanlar yeniyetmələrin ağır cinayətlər törətməsi faktları və soyuq silahlara olan marağı artıb. Artıq ictimai yerlərdə və hətta bəzi məktəblərdə bəzi yenmətlər üzərində bıçaq, "beşbarmaq" və s. kimi soyuq silahlar gəzdirirlər. Bəs bunun səbəbi nədir? Gənclərimizdə belə bir vərdiş hansı səbəbdən yaranır? Bunun qarşısı necə alına bilər?
Bununla bağlı Sonxeber.az-a danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib ki, son dövrlər gənclər və yeniyetmələr arasında kriminal aləmə və bundan qaynaqlanan zərərli vərdişlərə meylərin artması hər birimizdə çox ciddi narahatlıq yaradır:
"Qarşılaşdığımız problemin bir başa olaraq ölkənin gələcəyini əhatə etdiyini nəzərə alsaq həlli istiqamətində müxtəlif yanaşmaların kompleks şəkildə tətbiq edilməsi zəruridir. Bu bir növ informasiya siyasətinin əsasını təşkil etməlidir. Çünki informasiya texnologiyalarının hazırki inkişafı gənclərin və yeniyetmələrin istənilən məlumata əl çatımlılığını asanlaşdırır. Bu istiqamətdə mübarizənin ön pilləsində maariflənmə işinin aparılması dayanır. Elə buna görə də, televiziyalarda, məktəblərdə, ictimai yerlərdə mədəni və maarifləndirici tədbirlərin sayı artırılmalı, mütəmadi olaraq dövlətin gənclər siyasətinin təbliği aparılmalı, elmi nəaliyyətləri ilə fərqlənən gənclərin uğurları işıqlandırılmalıdır. Bizlər bunun təkcə dövlət xətti ilə həyata keçirilməsini gözləməli deyilik. Hər birimiz üzləşdiyimiz problemin həlli istiqamətində üzərimizə düşəni etməliyik".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2001 Tarix: 28 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular
Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb
2 noyabrPensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabrAzərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabrSabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
4 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabrİş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü
Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün
4 noyabr