Polşa prezidentinin sərhəddə yerləşən missiyanın nümayəndələri ilə görüşməsi münasibətlərin gərginləşməsinə səbəb olan diplomatik addımdır

Polşa prezidentinin sərhəddə yerləşən missiyanın nümayəndələri ilə görüşməsi münasibətlərin gərginləşməsinə səbəb olan diplomatik addımdır"Əgər əvvəllər Ermənistan xarici qüvvələrin əlində alət olmaq missiyasını yerinə yetirirdisə, indi erməni rəhbərliyi Qərbdən və onların müttəfiqlərindən istifadə edərək məqsədlərinə doğru irəliləməyə çalışır".

Bunu Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib.

Deputat qeyd edib ki, təbii ki burada bütün müttəfiqliklər qarşılıqlı alış-veriş əsasında qurulub. Hazırda Ermənistan Qərbin Cənubi Qafqazda dayağı rolunu oynayır:

"Qərbin həyata keçirdiyi bu layihə regional təhlükəsizliyin təmin edilməsinə əngəllər yaradır. Çünki bu amil Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına və yekun sülh sazişinin imzalanmasına mane olur. Xüsusilə də, bir ildən çoxdur ki Ermənistan ərazisində yerləşib, mülki missiya adı altında hərbi-kəşfiyyat fəaliyyətləri aparan Avropa İttifaqı manipulyator olmaq istiqamətində daha çox fərqlənir. Təəssüf ki dırnaqarası missiyaçılar həm nümayəndələrinin sayını artırır, həm müddətini uzadır, həm də Fransa kəşfiyyatçıları missiya adı altında öz bayraqları ilə Azərbaycanla sərhədə yaxın əraziyə yerləşirlər. Aİ erməni cəmiyyətinə xidmət etmək üçün Avropanın digər ölkələrini də prosesə cəlb edir. Bu Aİ və Qərbin Azərbaycan dövlətinə və xalqına olan qərəzli mövqeyini nümayiş etdirən daha bir faktdır".

Deputat vurğulayıb ki, bu həftə Ermənistanda səfərdə olan Polşa Prezidenti Andjey Duda Azərbaycanla şərti sərhəddə olub:

"Polşanın dövlət başçısı Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının heyəti ilə görüş keçirib.
Azərbaycan və Polşa arasında münasibətlərin gərginləşməsinə səbəb olan qəbuledilməz diplomatik addımın gərçəkləşməsi birbaşa Aİ və Ermənistanın planı üzrə reallaşdığını əminliklə demək olar.
Ermənistan və Fransanın məkrli planlarının bir hissəsi olan Avropa İttifaqının Ermənistanda fəaliyyət göstərən dırnaqarası missiyasının oyunlarına əlavə dövlətlərin də alət olunduğunu müşahidə edirik.
Polşa prezidentinin sərhəddə yerləşən missiyanın nümayəndələri ilə görüşməsinə heç bir səbəb yoxdur. Çünki hazırda vəziyyət stabildir. Tam əksinə, belə səfərlər məhz vəziyyəti gərginləşdirməyə xidmət edir. Ümumiyyətlə, Azərbaycan və Ermənistan arasındakı şərti sərhədə səfər edən Avropanın digər rəsmiləri var ki, 30 il ərzində Azərbaycanın işğal altında qalan torpaqlarına heç bir səfər etməyib və orada dağıdılmış evləri, ümumiyyətlə ermənilərin xaraba qoyduqları əraziləri müşahidə etməyiblər. Bu da bir daha onların ikiüzlü və riyakar yanaşmasını ortaya qoymaqla yanaşı açıq-aşkar təhrikdir. Həmçinin, bu birbaşa dövlətlərin daxili işinə qarışmaqdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2874   Tarix: 29 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Miras üstündə mübahisə: Qanun vərəsələrin hüquqlarını necə qoruyur? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Vərəsəlik hüququ ilə bağlı mübahisələr əmlakın bölüşdürülməsi zamanı ən çox rast gəlinən hüquqi problemlərdən biri olaraq qalır. Miras qoyanın vəfatından sonra ev, torpaq və digər əmlakın vərəsələr arasında necə bölünməsi, vəsiyyətnamənin hüquqi qüvvəsi, eləcə də bir neçə şəxsin eyni əmlaka iddia etməs

4 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr