Orxan Məmmədov: "Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
Halal sənaye sektorun gələcək inkişafında standartların və texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirmək lazımdır.
"Report" xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İstanbulda keçirilən X Dünya Halal Sammitində bildirib.
O, halal sənayenin davamlı inkişafı üçün əməkdaşlığın və innovasiyaların vacibliyini qeyd edib. "Yaşıl texnologiyalar"ın tətbiqinin ətraf mühitə təsiri əhəmiyyətli dərəcədə azalda biləcəyini bildirən KOBİA sədri Agentliyin "yaşıl təşəbbüslər"i və sahibkarlara dəstək alətləri barədə də məlumat verib.
Qeyd edək ki, KOBİA-nın dəstəyi ilə Azərbaycan sahibkarlarının məhsulları "MÜSİAD EXPO" və "Halal Expo" sərgilərində nümayiş olunub. Sərgilərdə ümumilikdə 20-yə yaxın yerli sahibkarın məhsul və xidmətləri nümayiş olunub. KOBİA-nın müvafiq sərgilərdə qurduğu xüsusi stendlərdə qida, sənaye, alternativ və bərpa olunan enerji, parfümeriya sahələrində məhsullar və xidmətlər sərgilənib. Həmçinin, stendlərdə KOBİA və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) tərəfindən Azərbaycanın investisiya və ixrac imkanlarına, sahibkarlara göstərilən dəstək və xidmətlərə dair məlumat verilib. Türkiyənin ticarət naziri Ömər Bolat və Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev stendləri ziyarət ediblər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 822 Tarix: 30 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA
Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi
4 noyabrÖzəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is
3 noyabrAzərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl
2 noyabrTemperatur 10° enəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var
4 noyabrSabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabrDəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabr