"Andjey Dudanın Azərbaycan-Ermənistan sərhəd xəttinə səfəri ölkəmizə qarşı başladılan qərəzli kampaniyanın davamıdır" - Emil Əkbərov

"Andjey Dudanın Azərbaycan-Ermənistan sərhəd xəttinə səfəri ölkəmizə qarşı başladılan qərəzli kampaniyanın davamıdır" - Emil Əkbərov"Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi Müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində möhtəşəm zəfərə imza ataraq öz gücünə 33 illik Dağlıq Qarabağ münaqişəsinə son qoydu".

Bunu Sonxeber.az-a danışan "BİG Media"MMC-nin direktoru Emil Əkbərov bildirib.

Emil Əkbərov qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz zəfər tək ərazi bütövlüyümüzü bərpa etmədik, həm də Ermənistan və onun havadarlarının dövlətimizin gücünü göstərdi:

"Azərbaycan 44 gün ərzində tək döyüş meydanında deyil, həm diplomatik cəbhədə öz üstünlüyünü sona qədər davam etdirdi. 30 illik işğala son qoyularaq ərazi bütövlüyümüzün bərpa edilməsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik, uzaqgörən və düşünülmüş siyasətinin parlaq nəticəsidir.4 ilə yaxındır ki, artıq biz böyük qürur hissi ilə rayon və şəhərlərimizin işğaldan azad edilməsi gününü böyük qürur hissi ilə qeyd edirik. Amma təəssüf ki, münaqişəyə son qoyulması, regionda sabitliyin təmin edilməsi bəzi dövlətlərin və təşkilatların planlarını puça çıxardı. Xüsusilə də Fransanın. Fransa 44 günlük Vətən müharibəsində və ondan sonrakı dövrdə ölkəmizə qarşı açıq-aşkar qarayaxma kampaniyasına və təxribatlara başlayıb. Ölkəmizə qarşı aparılan bütün təxribatlara baxmayaraq Azərbaycan COP29 kimi mötəbər beynəlxalq tədbirə uğurla ev sahibliyi edərək iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq.oldu. Hətta fikrimcə COP29 iqlim diplomatiyasında həm dünya həm COP tarixinə kimi tarixə böyük dönüş nöqtəsi kimi həkk olundu".

Emil Əkbərov vurğulayıb ki, Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqının (Aİ) missiyası da Fransa kimi binokl diplomatiyası çərçivəsində ölkəmizə qarşı anti-Azərbaycan mövqeyi nümayiş etdirir:

"Missiyanın qərəzli siyasəti Fransa ilə eynidir. Polşa prezidenti Andjey Dudanın Azərbaycan-Ermənistan sərhəd xəttinə səfəri də ölkəmizə qarşı aparılan qərəzli siyasətin davamıdır. Azərbaycanın strateji tərəfdaşı olan Polşa prezidentinin Fransanın və Ermənistanın başlatdığı şouya qatılması iki dövlət arasında münasibətlərin gərginləşməsinə səbəb olacaq addımdır. Görünür, Andjey Dudanın bu addımını onun xaricdəki ermənipərəst dairələrin təsiri altına düşməsinin və Avropa İttifaqının Ermənistanda fəaliyyət göstərən dırnaqarası missiyasının iyrənc oyunlarına əlavə dövlətlərin də alət olunduğunun sübutudur. Ermənistan rəhbərliyi bilməlidir ki, Fransa və digər havadarlarının tapşırıqlarını yerinə yetirməklə öz dövlətinin varlığını şübhə altına alır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1081   Tarix: 02 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Miras üstündə mübahisə: Qanun vərəsələrin hüquqlarını necə qoruyur? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Vərəsəlik hüququ ilə bağlı mübahisələr əmlakın bölüşdürülməsi zamanı ən çox rast gəlinən hüquqi problemlərdən biri olaraq qalır. Miras qoyanın vəfatından sonra ev, torpaq və digər əmlakın vərəsələr arasında necə bölünməsi, vəsiyyətnamənin hüquqi qüvvəsi, eləcə də bir neçə şəxsin eyni əmlaka iddia etməs

4 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr