"Ermənistan əvvəl-axır məcbur olub Qərbi azərbaycanlıların qayıdış məsələsini qəbul edəcək" - AÇIQLAMA
"Qərbi Azərbaycana qayıdış xarici qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlar vasitəsilə bütün dünyada aktuallaşdırılmalıdır"
Bunu Milli Məclisin deputatı Azay Quliyev parlamentdə keçirilən "Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış" mövzusunda dinləmədə deyib.
Bəs görəsən bu təklifin reallaşdırılması hansı problemləri həll edə bilər?
Mövzu ilə bağlı politoloq Tural İsmayılov Sonxeber.az – a açıqlama verib:
"Qərbi Azərbaycan məsələsi bizim üçün böyük və tarixi əhəmiyyətə malikdir. Qərbi Azərbaycandan olan soydaşlarımızın ora qayıdış məsələsi həm də prioritet hədəflərdən biridir. Bu gün soydaşlarımızın öz dədə-baba yurdlarını görmək hüquqları mövcuddur. Ermənistan beynəlxalq hüququ tapdalayaraq bu günə qədər soydaşlarımızın qayıdış məsələsinə əngəllər törətməyə çalışır. Bu baxımdan Milli Məclisdə də Qərbi Azərbaycana qayıdışla bağlı xüsusi nümayəndələrin təyin olunması təklifi kifayət qədər obyektiv və zamanın reallığına uyğun olan bir məsələdir. Nəzərə almaq lazımdır ki, Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı təşəbbüs qrupu fəaliyyət göstərir və bu təşəbbüs qrupu ilə yanaşı, qayışdışla bağlı nümayəndələrin təyin edilməsi vacibdir. Ermənistan sona qədər bu məsələdə beynəlxalq hüququ poza bilməyəcək. Əvvəl-axır məcbur olub Qərbi azərbaycanlıların qayıdışı məsələsini qəbul edəcək. Bu qayıdış prosesi baş verərkən də ora dönəcək soydaşlarımızın təmsilçiləri onların sözünü deyən, fikirlərini çatdıran və hətta o qayıdış prosesi baş verənə qədər də Qərbi Azərbaycana qayıdışla bağlı mühim təkliflər verən simaların olmağı önəmlidir. Bu baxımdan da Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı nümayəndələrin təyin edilməsinin vacib əhəmiyyəti olduğunu düşünürəm".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1857 Tarix: 02 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA
Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi
4 noyabrÖzəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is
3 noyabrAzərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl
2 noyabrTemperatur 10° enəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var
4 noyabrSabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabrDəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabr