Azərbaycanda uşaqların sosial mediadan istifadəsi qadağan ediləcək? - AÇIQLAMA
Bu günlərdə Türkiyənin Ailə və Sosial Siyasət naziri Sema Ramazanoğlu da ölkəsində bu təcrübənin tətbiqinə başlanıldığını və yeniyetmələr üçün sosial şəbəkələrdən istifadəyə qadağa qoyan qanun layihəsinin qəbul olunacağını bildirib.
Bəs görəsən belə bir qanun Azərbaycanda da qəbul edilə bilərmi?
Mövzu ilə bağlı sosioloq Mətanət Məmmədova Sonxeber.az – a açıqlama verib:
"Bizim ölkəmizdə bu qadağa daha çox vacibdir. Çünki bizim ölkəmiz öz ənənələri, mentaliteti olan, Şərq ölkələrindən biridir. Şərq ölkəsində gənclərin bu qədər Avropaya qapısını açması heç də düzgün nəticə vermir. Bu gün bizim gənclərimiz sosial mediadan faydalı şəkildə istifadə etmirlər. Ona görə də sosial media onlar üçün böyük bir bəlaya çevrilib. Gənclərimiz 24 saatlarını sosial mediada keçirdiklərindən bu, onların həyatlarını əllərindən alıb. İndiki gənclərimiz 20 il əvvəlki gənclərlə eyni düşüncədə deyillər. Onlar kitab oxumaqdan tamamilə yayınıblar. Sosial media onların əllərindən kitabları, düşünmək qabiliyyətini alıb. Bu da heç yaxşı gələcək vəd etmir. Sosial mediada nümayiş olunan həyatlar, evlər, maşınlar bizim gənclərimizə çox pis təsir edir. Çünki, hər bir arzuya çatmaq üçün müəyyən yollardan keçməlisən. Lakin, sosial medianın təklif etdiyi yollar gənclərdə sanki bu dəqiqə hərşeyi əldə etməliyəm kimi istəklər yaradır. Beləcə gənclərimiz öz yollarından çıxır. Sosial mediada təklif olunan müxtəlif oyunlar yüzlərcə gəncin həyatını məhv edib. Buna görə də sosial mediada gənclərə müəyyən qədər sədlər qoyulmalıdır. Yoxsa gələcəkdə biz bu problemlərin qarşısını heç cür ala bilməyəcəyik. Bu gün artıq dünya da görür ki, gənclər əldən gedir. Onların həyatı sosial mediada puç olur. Bu səbəbdən də belə qadağa xarakterli qanunlar qəbul olunur. Düşünrəm ki, yaxın gələcəkdə bizim də ölkəmizdə belə bir qanun layihəsi təklif olunacaq və qüvvəyə minəcək".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2085 Tarix: 02 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA
Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi
4 noyabrÖzəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is
3 noyabrAzərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl
2 noyabrTemperatur 10° enəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var
4 noyabrSabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabrDəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabr