"Kadirovun qəhrəman kimi təltif etdiyi şəxs Azərbaycan dövləti üçün cinayətkardır" - Ramil Süleymanov

"Kadirovun qəhrəman kimi təltif etdiyi şəxs Azərbaycan dövləti üçün cinayətkardır" - Ramil Süleymanov"Hüquqi baxımdan Azərbaycanla Rusiya arasında yardımlaşma haqqında hökumətlərarası müqavilə mövcuddur. Eyni zamanda həm Rusiya, həm də Azərbaycan MDB-nin üzvüdür. Bu birliyin üzv dövlətlərinin də arasında hüquqi yardımlaşma, o cümlədən birgə istintaqla bağlı Hüquq Mühafizə Orqanlarının birgə işləməsinə dair müqavilələr mövcuddur".

Bunu Sonxeber.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib.

Ramil Süleymanov qeyd ki, indiki halda Rusiya dövləti tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına, hava gəmisinə bu cinayətin törədilməsinin məsuliyyəti dövlət olaraq Rusiyanın üzərindədir:

"Rusiya məsələnin siyasiləşməməsi üçün mütləq şəkildə bunu bilərəkdən və ya bilməyərəkdən törədən şəxs barəsində istintaq aparmalıdır. Dövlətlər arasında imzalanan və beynəlxalq humanitar hüququn tələblərindən biri də budur ki, ölkələr bir-birinin daxili qanunvericiliyinə hörmətlə yanaşırlar. Əgər, bu əməl cinayət olaraq Rusiya tərəfindən istintaq edilərsə və günahkar şəxs qanun qarşısında cəzalanarsa, o zaman Azərbaycan dövləti bununla kifayətlənməli olacaqdır. Burada artıq, vurulmuş zərərin öyrənilməsi gündəmə gələcəkdir. Digər yandan, əgər Rusiya dövləti tərəfindən hər hansı istintaq aparılmazsa Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət məcəlləsinin müvafiq müddəalarına əsasən cinayət işi başlanacaqdır. Nəticə etibarı ilə həmin şəxsin müəyyən olunaraq Azərbaycana təhvil verilməsi tələb olunacaqdır. O cümlədən, bu cinayəti törətmiş olan artıq məlumdur və həmin şəxsin də xidmətlərinə görə Çeçenistan Respublikasının Prezidenti Ramzan Kadırov tərəfindən təltif mərasimi həyata keçirilmişdir. Qəhrəman kimi təqdim olunan bu şəxs Azərbaycan dövləti üçün cinayətkardır. Onun barəsində hər hansı bir formada hüquqi tədbir görülməzsə Azərbaycan Hüquq Mühafizə Orqanları tərəfindən cinayət işi başlamaqla, həmin şəxsin Azərbaycan təhvil verilməsi barədə müraciət olunacaqdır. Eyni zamanda bu şəxsin insan həyatına qəsdən son qoyması, əmlaka zərər vurması cinayətdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3429   Tarix: 29 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qonşuya kömək edərkən faciəvi şəkildə öldü

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə

4 noyabr
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr
.

Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb

2 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr