Qazaxıstan mediası Azərbaycan Prezidentinin müsahibəsini geniş işıqlandırıb
Qazaxıstan mediası Azərbaycan Prezidenti İlham Əliyevin Aktau yaxınlığında AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı fikirlərini geniş işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, "Kazinform" Beynəlxalq İnformasiya Agentliyinin materialında Azərbaycan Prezidentinin təyyarə qəzasında 6 Qazaxıstan vətəndaşının da həlak olması ilə bağlı Qazaxıstan Prezidentinə başsağlığı verməsi ilə bağlı sözləri təqdim edilir. "Yəni bu, nə qədər ağır hadisə olsa belə, eyni zamanda, bir sınaq məsələsi idi. Yəni bu sınaqdan kim necə çıxacaq? Mən şadam ki, yenə də bu faciəyə baxmayaraq, görürəm və əminəm ki, Qazaxıstanda da eyni fikirdədirlər. Bizim dostluğumuz, qardaşlığımız bu ağır vəziyyətdən sonra daha da gücləndi", - deyə "Kazinform" Azərbaycan Prezidentindən sitat gətirir.
24.kz saytındakı materialda Azərbaycan Prezidentinin Aktau yaxınlığında təyyarə qəzasından sonra göstərilən yardıma görə Qazaxıstana təşəkkür etdiyi bildirilir. "İlk növbədə, Prezident Tokayevə minnətdarlığımı ifadə etmək üçün zəng vurdum. Çünki biz bilirdik və məlumat əldə etmişdik ki, qəza baş verən kimi Qazaxıstan xilasediciləri dərhal hadisə yerinə yetişmişdilər və insanları o dağılmış füzelyajdan çıxarmağa başlamışdılar. Öz həyatlarını risk altına atmışdılar. Çünki onlar bilmirdilər ki, növbəti partlayış olacaq, yoxsa yox", - deyə Azərbaycan Prezidentinin sözləri qeyd edilir.
Orda.kz saytı Azərbaycan Prezidentinin bu ağır sınaqdan sonra Qazaxıstanla dostluq və qardaşlığın daha da möhkəmləndiyini bildirən fikirlərini dərc edib. "Qazaxıstanlı qardaşlarımızın, bacılarımızın həmrəylik nümayişi də mən bilirəm ki, Azərbaycan xalqının qəlbində çox böyük iz buraxmışdır. Adi vətəndaşlar bizim Aktaudakı konsulluğa gələrək gül qoydular, öz münasibətlərini bildirdilər, bizimlə həmrəy olduqlarını bildirdilər. Əsl dostluq, qardaşlıq belə olar", - deyə Prezidentin sözləri vurğulanır.
Zakon.kz isə yazır ki, Prezident İlham Əliyev Aktau yaxınlığında AZAL-ın təyyarəsinin qəzaya uğraması zamanı peşəkar fəaliyyətinə görə Qazaxıstana təşəkkürünü bildirib.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 920 Tarix: 30 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQonşuya kömək edərkən faciəvi şəkildə öldü
Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə
4 noyabrİş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü
Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün
4 noyabrAğır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA
Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi
4 noyabrXırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib
Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var
4 noyabrHərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular
Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb
2 noyabrTeatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq
2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind
4 noyabr17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy
2 noyabr