"Sülh imzalanmayacağı halda Ermənistan dalan ölkəsi olaraq qalacaq" - Əli Zülfüqaroğlu
"10 noyabr üçtərəfli bəyanatında Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan üzərinə öhdəlik götürüb. Amma, bundan sonra Ermənistan sözügedən öhdəliyi pozmaq üçün müxtəlif variantlara əl atdı. Bir sıra platformalarda qərarlar qəbul etməyə çalışdı ki, üçtərəfli bəyanat qüvvədən düşsün və beləliklə də Zəngəzur dəhlizi açılmasın. Biz, xüsusilə də Fransanın bu istiqamətdə canfəşanlığının şahidi olurduq".
Bunu Sonxeber.az-a politoloq Əli Zülfüqaroğlu danışıb.
Politoloq, açıqlamasında qeyd edib ki, Azərbaycan və Ermənistan iqtisadi, hərbi, diplomatik sahələrdə müqayisə olunmaz dərəcədə fərqli potensiyallara sahib ölkələrdir:
"Ermənistanın bütün cəhdlərinə baxmayaraq, Azərbaycan Zəngəzur dəhlizinin açılmasında israrlı mövqe ortaya qoydu. Bir sıra beynəlxalq aktorlarda Zəngəzur dəhlizinin açılmasında maraqlıdırlar. Ermənistanın özü üçün də dividentlər gətirən bir məsələdir ki, ümumiyyətlə onlar da nəqliyyat qovşaqlarından kənarda qalmasın. Bilirsiniz ki, Azərbaycanın alternativ marşurutları var və həm də, tranzit ölkə olaraq, beynəlxalq, siyasi-iqtisadi səhnədə diqqət mərkəzindədir. Azərbaycanın yerləşdiyi coğrafi məkan, ona əlavə dividentlər qazandırır. Zəngəzur dəhlizinin açılmaması üçün Ermənistan hər şeyi etdi, həm də qərbin təkidi və diqtəsi ilə hərəkət edərək öz maraqlarına da zərbə vurdu. Xüsusilə, bilirsiniz ki, qərb tərəfindən hazırlanan sülh qovuşaq layihəsi var idi ki, Ermənistan Zəngəzur dəhlizinin alternativi olaraq təqdim edir və beləliklə də bu məsələnin qüvvədən düşməsini çalışırıdı. Bəllidir ki, Zəngəzur dəhlizi ilə bağlı, dəhlizlərə nəzarət uğurunda geosiyasi maraq toqquşmaları da var və bu prosesə təsir edir. Erəminstan özü də bundan yararlanaraq çalışır ki, müxtəlif dövlətlərin maraqlarından istifadə edərək Zəngəzur dəhlizinin açılmamasına nail olsun və beləliklə də Azərbaycan şərtlərinə əməl etməsin. Amma, görünən odur ki, Ermənistanın bütün bu cəhdlərinin heç biri uzaq perspektiv üçün uyğun olmayacaq. Dövlət başçısı da bunu açıq şəkildə bildirdi ki, Zəngəzur dəhlizi açılmalıdır və bunu başqa alternativi yoxdur. Cənab Prezident onu da vurğuladı ki, əgər sülh imzalanmayacaqsa Azərbaycan bundan heç bir zərər görməyəcək. Əsas zərər görən tərəf Ermənistan olacaq. Azərbaycan və Ermənistan iqtisadi, hərbi, diplomatik sahələrdə müqayisə olunmaz dərəcədə fərqli potensiyallara sahib ölkələrdir. Yəni, Azərbaycan bütün imkanlara malikdir. Sülh imzalanmayacağı halda Ermənistan dalan ölkəsi olaraq qalacaq. Getdikcə iqtisadi çöküş Ermənistan dövlətinin mövcudluğunu belə sual altına alacaq. Ona görə də Ermənistan uzun müddət Azərbaycanla qeyri-sülh vəziyyətində davam gətirə bilməz. Ermənistan ümid edir ki, hansısa dönəmdə geosiyasi vəziyyət onlar üçün revanşist niyyətlərini həyata keçirməsi ilə bağlı zəmin yarada bilər. Amma, bu tamamilə qeyri-realdır. Azərbaycan bilir ki, bu prosesin sonunda Ermənistan Zəngəzur dəhlizinin açılmasına məcbur olacaq. Beləliklə də, Azərbaycan digər ərazilərinə maneəsiz gediş-gəlişi təmin edəcək".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Meşəlik ərazidə meyitləri tapılan 16 yaşlı qız və 29 yaşlı kişi qohum olublar - Lənkərandakı dəhşətli hadisənin DETALLARI - VİDEO
Daha bir ali təhsil ocağının fəaliyyəti DAYANDIRILIR - AÇIQLAMA
Bu şəxslərin hərbi xidmətinə MÖHLƏT VERİLMƏYƏCƏK - AÇIQLAMA
Nazirlikdən hava ilə bağlı əhaliyə - Müraciət
AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - FOTO
Cövdət aktrisa xanımı ilə - Foto
"Süni intellekt vasitəsilə hazırlanmış musiqi heç vaxt bəstəkarın yaratdığı musiqinin yerini verə bilməz" - Faiq Sücəddinov
II qrupda bu universitetlər təhsil haqlarını artırdı (TAM SİYAHI)
Masazırda "Sabah" və "Orhus" azarkeşləri arasında baş vermiş İNSİDENTİN GÖRÜNTÜLƏRİ - VİDEO
Valideynlərə XƏBƏRDARLIQ: Bu məhsulların qiyməti BAHALAŞDI
Magistratura karyerada üstünlük yaradır, yoxsa sadəcə diplom sayını artırır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Eyni supermarket, fərqli qiymət: Bu nə dərəcədə düzgündür? - İQTİSADÇIDAN AÇIQLAMA
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
Mədəni irsimizə HÖRMƏTSİZLİK: Turizm imicinə mənfi təsir göstərə bilər