Metroda qadına qarşı əxlaqsız hərəkətlər etdi - Həbs olundu
Dünən saat 09:10 radələrində metronun "İnşaatçılar" stansiyasında gənc xanıma qarşı əxlaqsız hərəkətlər etmiş şəxs həbs edilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə "Dərnəgül" - "Həzi Aslanov" xətti üzrə hərəkət edən qatarda baş verib.
Metronun "28 May" stansiyasında qatardan enən qadın dərhal səs-küy salaraq vaqonda olan şəxsin ona qarşı əxlaqsız hərəkətlər etdiyini bildirib. Bakı Metropolitenində Polis şöbəsinə dəvət edilən şəxsin Quba rayon sakini 1995-ci il təvəllüdlü S.Babayev olması müəyyən edilib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək Nəsimi rayon Məhkəməsinə göndərilib.
Həmçinin zərərçəkmiş qadın da məhkəməyə gedərək ifadə verib. O, 30 yaşlı kişinin qatarda bir neçə dəfə əli ilə bədəninə qəsdən toxunaraq əxlaqsız hərəkətlər etdiyini və onun cəzalandırılmasını tələb edib. S.Babayev isə törətdiyi əməli etiraf edərək peşman olduğunu deyib.
Məhkəmənin qərarı ilə S.Babayevə 10 sutka inzibati həbs cəzası verilib. O, saxlanılacağı müəssisəyə göndərilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1558 Tarix: 14 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Emin Əmrullayev məzunları təbrik etdi
Elm və təhsil naziri Emin Əmrullayev məzunları "Son zəng" münasibətilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, nazirin sosial şəbəkə hesablarındakı paylaşımda deyilir:. "Əziz məzunlar,. Bu gün həyatınızın yeni bir mərhələsi başlayır. Geridə qoyduğunuz məktəb illəri sizə yalnı
13 iyunBu şəxslərin pensiyaları ilə bağlı AÇIQLAMA: 6 aylıq maaş həcmində...
Diplomatlara yeni güzəştlər: Pensiyada 6 aylıq maaş həcmində birdəfəlik ödəniş veriləcək. Milli Məclisdə müzakirə olunan "Diplomatik xidmət haqqında" qanun layihəsinə təklif edilən yeni dəyişikliklər ölkənin xarici siyasət idarəçiliyində mühüm mərhələnin əsasını qoyur. Layihəyə əsasən, diplomatlar
14 iyunBəzi ərazilərə yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ
İyunun 15-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi yerlərd
14 iyunNaxçıvana uçan təyyarə ildırımlı hava səbəbindən Bakıya geri qayıtdı
Azərbaycan Hava Yollarının (AZAL) J2-295 nömrəli Bakı-Naxçıvan reysini icra edən hava gəmisi ildırımlı hava şəraiti səbəbindən Bakıya geri qayıdıb. Təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna saat 21:09-da uğurla eniş edib. Bu barədə -a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətində
13 iyunLənkəranda qazi vəfat etdi - Foto
Lənkəran rayonunda qazi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Şilavar kənd sakini 45 yaşlı Vüqar Quliyev insult keçirərək qəfil dünyasını dəyişib. 44 günlük Vətən müharibəsinin iştirakçısı olan Vüqar Quliyev N saylı hərbi hissədə gizir vəzifəsində xidmət edib. O, döyüş əməliyyatlarında fəa
13 iyunRayonlara yay səyahəti planlayanların DİQQƏTİNƏ
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) tətil və məzuniyyətlərin kütləvi hal aldığı yay mövsümündə sərnişin tələbatının daha operativ və dayanıqlı qarşılanması üçün əlavə tədbirlər görür. xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat yayıb. Belə ki, 13 iyun-3
14 iyunÇimərlikdə bunları etmək qadağandır! - Nazirlikdən çağırış
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar tərəfindən su hövzələrində təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur. "Qafqazinfo"nun məlumatına görə, qeyd olunanları nəzər
13 iyun