Hüquq-mühafizə orqanları cərrahlarla bağlı YOXLAMALARA BAŞLAYIR

Hüquq-mühafizə orqanları cərrahlarla bağlı YOXLAMALARA BAŞLAYIRPlastik cərrahların efirlərdə çıxışlarına qadağa qoyulub.

Sonxeber.az Musavat.com-a istinadə xəbər verir ki, yanvar ayının 31-dək Azərbaycanda fəaliyyət göstərən bütün plastik, estetik cərrahlar ciddi yoxlamadan keçəcəklər. Hüquq-mühafizə orqanları tərəfindən həyata keçiriləcək bu yoxlamalardan üzüağ çıxan plastik və estetik cərrahlara sənəd veriləcək. Bu sənədi əldə edə bilməyən cərrahların fəaliyyətinə icazə verilməyəcək.

Qeyd edək ki, yaxın günlərdə səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.

Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər.

Mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və qeyd edilən tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1342   Tarix: 15 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Emin Əmrullayev məzunları təbrik etdi

Elm və təhsil naziri Emin Əmrullayev məzunları "Son zəng" münasibətilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, nazirin sosial şəbəkə hesablarındakı paylaşımda deyilir:. "Əziz məzunlar,. Bu gün həyatınızın yeni bir mərhələsi başlayır. Geridə qoyduğunuz məktəb illəri sizə yalnı

13 iyun
.

Bu şəxslərin pensiyaları ilə bağlı AÇIQLAMA: 6 aylıq maaş həcmində...

Diplomatlara yeni güzəştlər: Pensiyada 6 aylıq maaş həcmində birdəfəlik ödəniş veriləcək. Milli Məclisdə müzakirə olunan "Diplomatik xidmət haqqında" qanun layihəsinə təklif edilən yeni dəyişikliklər ölkənin xarici siyasət idarəçiliyində mühüm mərhələnin əsasını qoyur. Layihəyə əsasən, diplomatlar

14 iyun
.

Bəzi ərazilərə yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ

İyunun 15-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi yerlərd

14 iyun
.

Naxçıvana uçan təyyarə ildırımlı hava səbəbindən Bakıya geri qayıtdı

Azərbaycan Hava Yollarının (AZAL) J2-295 nömrəli Bakı-Naxçıvan reysini icra edən hava gəmisi ildırımlı hava şəraiti səbəbindən Bakıya geri qayıdıb. Təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna saat 21:09-da uğurla eniş edib. Bu barədə -a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətində

13 iyun
.

Elnur Bağırov: "Türk dövlətləri rəqabət siyasətində koordinasiyanı gücləndirməlidir"

Türk dövlətlərinin rəqabət qurumları arasında əməkdaşlığın gücləndirilməsi strateji əhəmiyyət daşıyır. "Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov "Türk Dövlətləri Təşkilat

13 iyun
.

Lənkəranda qazi vəfat etdi - Foto

Lənkəran rayonunda qazi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Şilavar kənd sakini 45 yaşlı Vüqar Quliyev insult keçirərək qəfil dünyasını dəyişib. 44 günlük Vətən müharibəsinin iştirakçısı olan Vüqar Quliyev N saylı hərbi hissədə gizir vəzifəsində xidmət edib. O, döyüş əməliyyatlarında fəa

13 iyun
.

Rayonlara yay səyahəti planlayanların DİQQƏTİNƏ

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) tətil və məzuniyyətlərin kütləvi hal aldığı yay mövsümündə sərnişin tələbatının daha operativ və dayanıqlı qarşılanması üçün əlavə tədbirlər görür. xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat yayıb. Belə ki, 13 iyun-3

14 iyun
.

Flora Kərimova xəstəxanaya yerləşdirildi, müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürüldü

Azərbaycanın Xalq artisti Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib. APA-ya istinadən xəbər verir ki, sənətkarın müalicə prosesi Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Eyni zamanda, Azərbayca

13 iyun
.

Çimərlikdə bunları etmək qadağandır! - Nazirlikdən çağırış

Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar tərəfindən su hövzələrində təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur. "Qafqazinfo"nun məlumatına görə, qeyd olunanları nəzər

13 iyun