"Şlyapa Zahid"ə bankdan qanunsuz olaraq 20 milyon kredit veriblər - MƏHKƏMƏ

"Şlyapa Zahid"ə bankdan qanunsuz olaraq 20 milyon kredit veriblər - MƏHKƏMƏMüdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin, Təhsil-tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti, 42 milyonluq mənimsəmədə ittiham olunan Zahid Niftəliyevin ("Şlyapa Zahid") cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Lent.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

Şahid qismində ifadə verən "Ata Bank"ın əməkdaşı olmuş Solmaz Əliyeva təqsirləndirilən şəxsi bankda 2-3 dəfə gördüyünü bildirib:

"Mən 2004-cü ildən "Ata Bank"da çalışmışam. Hüquqi şəxslər bankda mədaxil və məxaric üçün əməliyyatçıya yaxınlaşır, sonra sənədlər mənə yönləndirilir. Mən sənədlərin dəqiqliyini yoxlayıram. İmzalayıb kassaya göndərirəm. Müştəri kassaya yaxınlaşaraq vəsaiti nağdlaşdırır. Elə Zahid Niftəliyevi də bir dəfə kassada, bir neçə dəfə də bankda görmüşəm".

Təqsirləndirilən Zahid Niftəliyev şahidi görmədiyini, bankda cəmi bir dəfə olduğunu və həmin zaman yalnız sənədləri imzaladığını bildirdi.

Daha sonra məhkəmə şahidin ibtidai istintaqa verdiyi ifadə ifadəni elan edib.

Şahid ibtidai istintaqa verdiyi ifadədə bildirib ki, Zahid Niftəliyev müxtəlif vaxtlarda şirkətin hesabına 21.279.000, 6,663.288, 39.733.891 dollar vəsait mədaxil edib. Eyni zamanda, 16.847.000 dollar digər şirkətə köçürülüb. Daha sonra 7.350.000 dollar məxaric olunub. Bununla yanaşı, şahid müxtəlif vaxtlarda 625.000 və 683.000 dollar məbləğində kredit ödənişinin həyata keçirildiyini bildirib.

Lakin təqsirləndirilən banka pul ödəmədiyini məhkəməyə bildirib.

Daha sonra "Ata Bank"ın bank olmayan kredit təşkilatında çalışmış Rüfət Daşdəmirov şahid qismində ifadə verib.

Şahid müştərilərlə ünsiyyətdə olmadığını, yanlız ona ötürülən müraciətlərə əsasən əməliyyat apardığını bildirib:

"Müştərilər bankın filialına yaxınlaşır. Filial müştəri ilə danışır, ödəmə qabiliyyətini yoxlayır. Oradan əməliyyat bizə ötürülür. Biz əməliyyatı nəzərdən keçiririk. Aidiyyəti üzrə göndəririk. Qərara əsasən, əməliyyat icra olunur. "Şahin Co" şirkəti tərəfindən filiala müraciət daxil olub. Filial müraciətə baxıb bizə göndərib və kredit ayırmışıq. Orada qərarı mən vermirəm. Mən müştəri ilə ünsiyyətdə olmuram. Əməliyyatı icra edirəm. Müraciətə əsasən, şirkətə 20 milyon dollar kredit ayrılıb. Kredit komitəsinin iclasında iştirak etmişəm. Lakin çıxış etməmişəm. Məruzəni bankın filialı edib".

Hakimin "Siz nəyə əsasən kredit ayrıldığını, şirkətin nizamnamə kapitalının 10 manat olduğu halda pulun geri qaytarılmasına kimin təminat verdiyini deyə bilərsinizmi?" barədə sualına şahid bildirib ki, müraciət hüquqi şəxs tərəfindən olunub:

"Hüquqi şəxslərin nizamnamə kapitalı əksər hallarda 10-15 manat civarında olur. Elə müraciətin də əsas məqsədi şirkətin maliyyə dövriyyəsinin yüksəldilməsi istiqamətində olub.

Dövlət ittihamçısının "girovsuz bu qədər böyük məbləğdə krediti niyə ayırmısınız?" sualına şahid bu qərarı bankın rəhbərliyinin verdiyini bildirdi.

Şahidin ifadəsi ilə ibtidai istintaqa verdiyi ifadə arasında ziddiyyət olub.

İfadə elan olunub:

"Şirkətə kredit ayrılması qanunsuz olub. Kredit müraciətinin edildiyi gün şirkət yaradılıb. Bununla bağlı bankın idarə heyətinn sədri Dəyanət Quliyev göstəriş verdi ki, sənədlər yoxlanılsın, müraciət kredit komitəsində müzakirəyə çıxarılsın. Qalan proseslə işiniz olmasın. Bankın filialı məruzə ilə çıxış etdi. Mən bununla bağlı heç bir sənədə imza atmamışam. Bankın rəhbərliyi razılıq verdi. Bununla da kredit verilməsi barədə qərar qəbul olundu".

Məhkəmənin növbəti iclası fevralın 5-nə təyin edilib.

Qeyd edək ki, Zahid Niftəliyev rüşvət almaqda ittiham olunaraq bir müddət əvvəl həbs olunub. Ona Tərtər Hərbi Məhkəməsinin hökmü ilə şərti cəza verilib, azadlığa buraxılıb. Daha sonra o, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib. İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorluğun Tərtər Hərbi Məhkəməsinin hökmü ilə bağlı protestini təmin edib. Z.Niftəliyev vəzifə saxtakarlığı və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, Z. Niftəliyev hazırda məhkəmədə araşdırılan cinayət işi üzrə öz adına formal şirkət açaraq "ATABank"dan götürülmüş 42 milyon manat kredit vəsaiti üzrə çıxarılmış məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə ittiham olunur.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə "Şahin-CO" adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə "Ata Bank" ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat manat kredit alaraq xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan "Ata Bank" ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Onu da qeyd edək ki, xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1291   Tarix: 16 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Miras üstündə mübahisə: Qanun vərəsələrin hüquqlarını necə qoruyur? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Vərəsəlik hüququ ilə bağlı mübahisələr əmlakın bölüşdürülməsi zamanı ən çox rast gəlinən hüquqi problemlərdən biri olaraq qalır. Miras qoyanın vəfatından sonra ev, torpaq və digər əmlakın vərəsələr arasında necə bölünməsi, vəsiyyətnamənin hüquqi qüvvəsi, eləcə də bir neçə şəxsin eyni əmlaka iddia etməs

4 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb

2 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ

2 noyabr
.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr