"AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır" — Deputatdan ETİRAZ

"AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır" — Deputatdan ETİRAZSon günlər insanlar arasında yollarda avtomobillərin hərəkəti üçün paytaxtın bir çox küçə və prospeklərin yol göstərici xətlərinin çəkilməsinə dair şikayətlər artmaqdadır. Xətlər mərkəzi küçələri ilə yanaşı, yaşayış binalarının həyətlərində də çəkilir. Belə olduğu halda insanlara boş yerə cərimələr tətbiq olunur. İnsanlara yerli-yersiz cərimə yazan qurum isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyidir (AYNA).
AYNA-nın insanlarda ciddi narazılıq yaratması ilə bağlı məsələyə toxunan Milli Məclisin deputatı Razi Nurullayev Demokrat.az-a açıqlamasında deyib ki, şəhərdə tıxac, dayanma, durma məsələləri elə vəziyyətdədir ki, verilən istənilən qərarın həm müsbət, həm də mənfi tərəfləri olur:

"AYNA əslində çalışır ki, şəhərdə nəqliyyatla bağlı nizam-intizam yaratsın, bəzi hallarda müsbət niyyətlə atılmış addım mənfiyə çevrilir. Belə hallarda isə, AYNA həmin məsələ ilə bağlı da gərək yubanmadan addımlar atsın.

Şikayətlər bizə də göndərilir, zənglər olunur, narazılıq xüsusilə cərimələrin yazılması ilə bağlıdır. Cərimələrin yazılması ilə bağlı ilk növbədə AYNA tərəfindən ən azı iki-üç dəfə xəbərdarlıq olunmalı və sonra cərimə yazılmalıdır. Çünki qayda pozuntuları heç də hər zaman məsuliyyətsizlikdən edilmir. İnsanlar bəzən bir dəqiqənin ərzində cəriməyə məruz qalırlar. Adam aptekə düşə bilər, xəstəsi ola bilər və s. Ona görə də cərimə yazmadan öncə ən azı beş-on dəqiqə gözləmək lazımdır.

Elə anında cərimələyib çıxıb getmək də çıxış yolu deyil, çünki ciddi sosial narazılıq yaradır. Uzun müddət şəhərdə nəqliyyat məsələləri tənzimlənməyib. Bu işlərə iki ilə yaxındır ki, başlanılıb və yəqin ki, tam sistemin qurulması üçün bir neçə il də lazım gələcək. Bu müddət ərzində isə gərək AYNA-da sürücülərə güzəşt getsin".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2066   Tarix: 16 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Miras üstündə mübahisə: Qanun vərəsələrin hüquqlarını necə qoruyur? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Vərəsəlik hüququ ilə bağlı mübahisələr əmlakın bölüşdürülməsi zamanı ən çox rast gəlinən hüquqi problemlərdən biri olaraq qalır. Miras qoyanın vəfatından sonra ev, torpaq və digər əmlakın vərəsələr arasında necə bölünməsi, vəsiyyətnamənin hüquqi qüvvəsi, eləcə də bir neçə şəxsin eyni əmlaka iddia etməs

4 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb

2 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ

2 noyabr
.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr