Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi
Məhkəmə hökmü ilə müsadirə edilərək satışa çıxarılan məşhur "Baku Oksford Məktəbi"ni geri qaytarmaq uğrunda mübarizə davam edir. Düz 4 ay əvvəl Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva və məktəbin təsisçisi Mehriban Məmmədova məktəbdə 1/2 hissəlik pay sahibi olduqlarını iddia edərək yeni məhkəmə baxışı başlatmaq üçün müraciət ediblər.
Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, artıq məhkəmə onların müraciəti ilə tanış olub, yekun qərarını açıqlayıb.
Hətta Mehriban Məmmədova ilə birgə onun bacıları da işə qoşulub. Onlar isə müsadirə edilmiş başqa əmlaklarla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim etdikləri ərizələrində hökmün maraqlarına toxunduğunu iddia ediblər. Şəxslər hər biri apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş ediblər.
Hakim Leyla Əsgərova-Məmmədova təqdim edilmiş əsaslarla tanış olduqdan sonra maraqlı şəxslərin hamısının müraciətini məqbul hesab edib. Qərar belə olub ki, Kamilə Əliyeva, Mehriban Məmmədova və digərlərinin apellyasiya şikayəti vermələrinə icazə verilsin.
Bundan sonrakı mərhələdə maraqlı şəxslər şikayətlərini apellyasiya baxışında mübahisələndirəcəklər.
Xatırladaq ki, "Baku Steel Company"nin keçmiş sahibi Rasim Məmmədovun məhkəməsində məlum olub ki, həyat yoldaşı Mehriban Məmmədovanın rəhbərlik etdiyi sözügedən məktəb "Baku Steel Company"dən mənimsənilən pullar hesabına tikilib. R.Məmmədov özü isə xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinərək 13 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. "Baku Oksford Məktəbi" də daxil olmaqla, Məmmədovun milyonlarla dəyəri olan bir çox əmlakı müsadirə edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1847 Tarix: 16 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
Sentyabrın 11-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna mali
10 sentyabrBu ərazilərdə sentyabr pensiyaları ödənildi
Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə sentyabr ayının pensiyaları ödənilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia
11 sentyabrTorpaq sürüşmələri niyə artıb? - AÇIQLAMA
Son günlər müxtəlif ərazilərdə baş verən torpaq sürüşmələri bu cür təbiət hadisələrinin yaranma səbəblərini və risklərin necə azaldılmasını gündəmə gətirir. Sürüşmələrə güclü və uzunmüddətli yağıntılar, torpağın su ilə doyması, relyef və geoloji quruluşla yanaşı, ağac örtüyünün məhv edilməsi və ərazid
11 sentyabrOğlan tələbələrə bu səbəbdən kirayə ev VERİLMİR - AÇIQLAMA
Hazırda yeni tədris ili ərəfəsində bölgələrdən Bakıya gələn tələbələrin kirayə mənzil axtarışı yenidən gündəmə gəlib. Xüsusilə oğlan tələbələrin ev tapmaqda daha çox çətinlik çəkdiyi, bəzi elanlarda isə yalnız qız tələbələrə üstünlük verildiyi müşahidə olunur. Bəs, oğlan tələbələrin kirayə ev tapmaqd
11 sentyabr700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər (VİDEO)
Avtomobilini satmaq istəyən şəxs dələduzluğun qurbanı olub. Paytaxt sakini Aslan Eyvazoğlu iddia edir ki, avtomobilini 10 min manata satışa çıxardıqdan sonra alıcı beh adı ilə onu aldadıb. Aslan Eyvazoğlu iddia edir ki, avtomobilini Zaur Baxşəliyev və Ayaz Məmmədov vasitəsi ilə Sənan İsayevə satıb. Şikayətç
11 sentyabrEyni ərazi, fərqli qiymət: Əmlak qiymətlərini nə müəyyənləşdirir?
Eyni ərazidə yerləşən və oxşar xüsusiyyətlərə malik evlərin qiymətləri belə bir-birindən ciddi fərqlənə bilər. Burada təmirin səviyyəsi, sənədlərin tamlığı, torpağın hüquqi statusu, evin tikinti keyfiyyəti, yerləşdiyi küçə, nəqliyyat və infrastruktura yaxınlıq kimi amillər mühüm rol oynayır. Bəs, daşınma
11 sentyabr