İynəyə görə xəstə ölmüşdü - 70 yaşlı həkim bu cəzanı aldı
Şəkidə evində yaratdığı qeyri-qanuni tibb məntəqəsində xəstəyə iynə vurmaqla ölümünə səbəb olan həkim cinayət məsuliyyətinə cəlb edilib.
"Qafqazinfo" xəbər verir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasının travmatoloq-ortopedi 1955-ci il təvəllüdlü Hikmət Əliyev barəsindəki cinayət işinin materialları rayon məhkəməsinə göndərilib.
O, Cinayət Məcəlləsinin 124.1-ci (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirli bilinib. Məhkəmədə bildirilib ki, H.Əliyev lisenziya əldə etmədən öz evində xəstələrin müayinə-müalicəsini qeyri-qanuni həyata keçirib.
Belə ki, Şəki rayon Kiş kənd sakini Sədiqvə Həsənova 2023-cü ildə kürək nahiyəsində olan ağrılarla həkimə müraciət edib. "Kifoskolioz" diaqnozu qoyulmuş qadına şprislə 1 ml miqdarında "Flosteron" və 5 ml-lik "Novokain" dərman qarışığı, həmçinin 2 ml "Etofleks" və 2 ml "Tiofleks" dərman preparatları vurulub.
Lakin iynələr qeyri-steril şəraitdə vurulduğundan qadının bədəninə infeksiya düşüb. Nəticədə bədəninə fleqmona (kəskin iltihabi qızartılar) yayılıb. O, orqanizmin ümumi intoksikasiyası nəticəsində inkişaf edən kəskin ağciyər-ürək çatışmazlığından vəfat edib.
Şəki Rayon Məhkəməsində keçirilən prosesdə Hikmət Əliyev Sədiqvə Həsənovanın ölümünə onun vurduğu iynənin səbəb olmadığını deyib. Mərhumun yaxınları isə həkimi qeyri-steril iynədən istifadə etməkdə ittiham ediblər və bunun ağır fəsadlara gətirib çıxardığını bildiriblər.
Məhkəmə 70 yaşlı həkimi qeyd edilən cinayət əməlini törətməkdə təqsirli bilib. H.Əliyevə 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası verilib. O, cəzasını məntəqə tipli müəssisədə çəkəcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1302 Tarix: 16 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Universitetlərdə 3 illik təhsil sisteminə keçilməsi təklif olunur
Milli Məclisdə universitetlərdə 3 illik təhsil sisteminə keçilməsi müzakirə olunur. xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Fariz İsmayılzadə bildirib. "Bu yaxınlarda ilk dəfə olaraq ABŞ-də universitetlərdən biri 3 illik al
11 sentyabr31° isti... - Sabahın havası
Sentyabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq
10 sentyabrLəman Ələşrəfqızı bu kanalda aparıcı olacaq
Tanınmış jurnalist Ləman Ələşrəfqızı bundan sonra həm də "Space TV"də çalışacaq. xəbər verir ki, o sözügedən televiziya kanalında "Qırmızı xətt" verilişinin aparıcısı olacaq. Bu barədə kanalın rəsmi sosial şəbəkə hesabında bildirilib. Yeni layihəsi barədə fikirlərini bölüşən Ləma
10 sentyabrDİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqladı
Dövlət İmtahan Mərkəzi (DİM) 2027-ci ildə keçiriləcək ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramlarını açıqlayıb. Qaynarinfo xəbər verir ki, proqramlar Azərbaycan və rus dillərində təqdim olunub. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə Azərbayca
10 sentyabrBakı yenidən qlobal iqlim gündəminin mərkəzində
İqlim diplomatiyasından real fəaliyyətə, yaşıl enerjidən yeni iqtisadi modelə doğru. Dünyanın qarşısında dayanan ən böyük çağırışlardan biri artıq gələcəyin problemi deyil. İqlim dəyişmələri bu gün iqtisadiyyatlara, enerji sistemlərinə, kənd təsərrüfatına, su ehtiyatlarına, şəhər həyatına və insanları
10 sentyabr