Tez hazırlanan sıyıq və pürelər sağlamlıq üçün təhlükəlidir: Rusiyalı mütəxəssisdən xəbərdarlıq

Tez hazırlanan sıyıq və pürelər sağlamlıq üçün təhlükəlidir: Rusiyalı mütəxəssisdən xəbərdarlıqTez hazırlanan sıyıqlar diabet və aterosklerozun yaranmasına səbəb ola bilər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə rusiyalı bioloq, Rusiya Dövlət Təhsil Universitetinin Təbiət Elmləri fakültəsinin dekan səlahiyyətlərinin icraçısı İrina Lyalina "News.ru"ya müsahibəsində danışıb.

Bioloqun sözlərinə görə, məhsul yüksək glisemik indeksə malikdir ki, bu da qanda şəkərin kəskin sıçrayışlarına və tədricən də insulin rezistentliyinə (insulinə müqavimət) gətirib çıxara bilər.

"Tez hazırlanan sıyıq və pürelər sağlamlığa, xüsusən də ürəyə mənfi təsir göstərə bilər. Tərkibindəki yüksək glisemik indeks zamanla insulin rezistentliyinə və 2-ci tip diabetə, pis xolesterinin səviyyəsinin artmasına və nəticədə ateroskleroz və hipertoniya riskinin yüksəlməsinə səbəb ola bilər", - deyə İrina Lyalina bildirib.

Mütəxəssis qeyd edib ki, bu cür məhsulların tərkibində çox miqdarda duz ola bilər və bu da bədəndə mayenin saxlanmasına, qan təzyiqinin artmasına səbəb olur, həmçinin ürəyə əlavə ağırlıq verir. Bu, Lyalinanın fikrincə, ürək-damar xəstəliklərinin inkişaf ehtimalını artırır.

"Həmçinin bəzi tez hazırlanan kartof pürelərinin tərkibində palma yağı və hidrogenləşdirilmiş yağlar var ki, bu da "pis" xolesterinin səviyyəsini yüksəldir və qan damarlarında iltihab və laxtalanma riskini artırır", - deyə bioloq vurğulayıb.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1246   Tarix: 12 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır

20 oktyabr
.

Sağlam ürək üçün yumurtanı belə bişirmək lazımdır

"Ürək sağlamlığı üçün yumurtanı bişirməyin ən faydalı üsulu onu suda qaynatmaqdır". "Qafqazinfo" xəbər verir ki, bu barədə kardioloq Kreyq Basman açıqlamasında bildirib. Mütəxəssis izah edib ki, yumurta tamamilə suda bişirildikdə "pis" xolesterinin səviyyəsini qaldıran əlav

7 oktyabr
.

Su qan təzyiqini azaltmağa kömək edir - Gündəlik norma 6-8 stəkan

Gündəlik kifayət qədər su qəbul etmək arterial təzyiqin nəzarətdə saxlanmasına kömək edə bilər. Qaynarinfo xəbər verir ki, "Verywell Health" nəşrinin məlumatına görə, ekspertlər sağlam arterial təzyiq səviyyəsini qorumaq üçün nə qədər su içmək lazım olduğunu və hansı hallarda maye qəbulun

26 oktyabr
.

Hansı su daha faydalıdır: Soyuq, yoxsa otaq temperaturunda?

Bəziləri buzlu su içməyi xoşlayır, digərləri isə limon dilimi əlavə edilmiş ilıq suyun daha faydalı olduğuna inanır. Bəs suyun temperaturu həqiqətən əhəmiyyətlidirmi?. Qaynarinfo xəbər verir ki, bu barədə "Verywell Health" yazıb. Magistr dərəcəsi olan qeydiyyatdan keçmiş diyetoloq-nutritionis

6 oktyabr
.

Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə

Günortadan sonra yaranan halsızlıq çoxlarına tanışdır. Belə məqamlarda insanın əli adətən peçenyeyə və ya növbəti fincan qəhvəyə uzanır. Lakin dietoloqlar adi meyvələrə diqqət yetirməyi məsləhət görür. Onlardan bəziləri dərhal enerji verir və bu təsiri daha bir neçə saat qoruyur. Qaynarinfo xəbər veri

7 oktyabr
.

Valideynlərin yol verdiyi təhlükəli səhv: Uşaqların sağlamlığı risk altındadır

Uşaqların sağlamlığını qorumaq üçün valideynlərin gündəlik həyatda yol verdiyi bəzi ehtiyatsızlıqlar ciddi təhlükələr yarada bilər. Xüsusilə, həkim məsləhəti olmadan dərman verilməsi, preparatların yaşa və çəkiyə uyğun olmayan dozada istifadəsi, eləcə də dərman və məişət kimyəvi vasitələrinin uşaqları

23 oktyabr
.

Ürək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?

Yaşıl çay qan damarlarını qorumağa və ürək-damar sisteminin sağlamlığını dəstəkləməyə kömək edə bilən antioksidantlar - katexinlərlə zəngindir. Bəzi məlumatlar onun xolesterin səviyyəsinə və arterial təzyiqə cüzi təsir göstərə biləcəyini göstərir. Lakin bununla bağlı sübutlar hələ kifayət qədər deyil

9 oktyabr
.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə

25 oktyabr
.

3 kiçik vərdiş ömrü 9 il uzada bilər

Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin

14 oktyabr