Alimdən XƏBƏRDARLIQ - Böyük daşqınlar olacaq və bu ərazilər su altında qalacaq
Buzlaqların sürətlə əriməsi planeti fəlakətli nəticələrlə təhdid edir.
BAKU.WS xəbər verir ki, bu barədə rusiaylı qlasioloq (buzlaqşünas) Andrey Qlazovski məlumat verib.
Onun sözlərinə görə, 20-ci əsrin əvvəllərindən buzlaqların kiçilməsi prosesi tədricən getsə də, son 30 ildə onun sürəti kəskin artıb.
Qlazovski qeyd edib ki, bu cür dəyişikliklər su ehtiyatlarının balanssızlığına, torpağın şoranlaşmasına, ekosistemlərin məhvinə və bir çox heyvan növlərinin, o cümlədən qütb ayılarının və pinqvinlərin nəsli kəsilmək təhlükəsi yaradır.
Hazırda dəniz səviyyəsi ildə təxminən 3,4-3,7 millimetr yüksəlir, lakin əsrin sonuna qədər bu rəqəm bir-iki metrə çata bilər. Bu, bütün regionlar və icmalar üçün ciddi təhlükə yaradır. Məsələn, Cakarta artıq dünyanın ən sürətli batan şəhəri kimi tanınıb, Mayami və Nyu-York isə müntəzəm olaraq daşqınlardan əziyyət çəkir.
Dünyanın ən böyük meqapolisləri arasında Şanxay və Mumbay da risk altındadır. Venesiya artan su səviyyəsi ilə fəal mübarizə aparır.
Alimlərin proqnozlarına görə, bu əsrin ortalarına qədər milyonlarla insan müntəzəm daşqınlarla üzləşəcək, əhalinin kütləvi miqrasiyası təxminən 2100-cü ildən başlayacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3215 Tarix: 21 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Anasını döyən bloqer saxlanıldı - Video
Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib
2 noyabrXırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib
Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var
4 noyabr"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi
3 noyabrNoyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ
2 noyabr