Samirə Musayeva: "Mobil tətbiqlər üzərindən göstərilən verg xidmətlərinin sayı artırılacaq"
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) mobil tətbiqlər üzərindən göstərilən xidmətlərin sayının artırılmasını planlaşdırır.
Bunu "Report"a müsahibəsində DVX-nın rəis müavini Samirə Musayeva deyib.
Onun sözlərinə görə, vergi ödəyicilərinə təqdim edilən elektron xidmətlərin sayı və funksionallığı artırılacaq: "Hazırda mövcud olan 70-dən çox elektron xidmətin daha da genişləndirilməsi, xüsusilə mikro və kiçik sahibkarlar üçün vergi əməl etmə prosesinin daha da sadələşdirilməsi planlaşdırılır.
Bunlar arasında mobil tətbiqlər üzərindən göstərilən xidmətlərin artırılması, vergi bəyannamələrinin öncədən doldurularaq vergi ödəyicilərinə təqdim edilməsi, vergi ödəyicilərinin risklər barədə vaxtında məlumatlandırılması kimi yeniliklər var. Həmçinin sahibkarların işlədikləri digər vergi ödəyicilərinin potensial vergi riskləri barədə əvvəlcədən məlumatlandırılması kimi preventiv yanaşmalar tətbiq ediləcək. Bunun hesabına gələcək vergi nəzarəti tədbirləri zamanı ciddi maliyyə sanksiyalarından kənarda qalacaqlar".
S. Musayeva qeyd edib ki, bu yeniliklər bir tərəfdən vergi ödəyicilərinin hüquqlarının qorunmasına və onların potensial vergi pozuntularından əvvəlcədən xəbərdar edilməsinə imkan verəcək, digər tərəfdən isə vergi orqanlarının fiskal dayanıqlığı təmin etməklə bağlı funksiyalarını daha effektiv yerinə yetirməsinə kömək edəcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Qədim Şuşada gözəllik yaradılır
Bakıda avtomobil gözəllik salonuna girdi
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Sabah hava necə olacaq?
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər