Hərbi xidmətdə 10 barmağını itirən şəxsin müavinəti niyə kəsilib? - Video
İkinci qrup əlilliyi olan Mingəçevir rayon sakini Tural Zamanovun müavinəti 4 ildir kəsilib.
"Qafqazinfo"nun "Xəzər Xəbər"ə istinadən məlumatına görə, 2009-cu ildə hərbi xidmətdə olan zaman Turalı şaxta vurub və ayağından zədə alıb. Nəticədə onun bütün ayaq barmaqları amputasiya olunub. 2010-cu ildən əlillik təyin edilən Tural 2021-ci ilə qədər müavinət alıb.
"10 il pensiya almışam. 2021-ci ildən bəri diaqnozum əlilliyi təyin etməyə imkan vermir. Bununla bağlı dəfələrlə müraciətlər də etmişəm. Amma heç bir köməklik göstərilməyib. İki övladım var. Anam da onkoloji xəstədir. Səhhətimizlə əlaqədar heç yerdə işləyə bilmirik", - o bildirib.
2015-ci ildə Tural Zamanova dövlət tərəfindən avtomobil da verilib. Lakin 2021-ci ilin iyun ayında ona verilən 480 manat müavinət dayandırılıb. Səbəb kimi isə diaqnozun əlillik təyinatına imkan verməməsi göstərilib.
Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib ki, vətəndaş yenidən qeydiyyatda olduğu tibb müəssisəsinə müraciət etməlidir.
Daha ətraflı süjetdə:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1115 Tarix: 24 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Anasını döyən bloqer saxlanıldı - Video
Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib
2 noyabrXırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib
Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var
4 noyabr"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi
3 noyabrNoyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ
2 noyabr