Naxçıvan Hərbi Kollecində "Konstitusiya və Suverenlik İli" çərçivəsində tədbir keçirilib - FOTOLAR

Naxçıvan Hərbi Kollecində "Konstitusiya və Suverenlik İli" çərçivəsində tədbir keçirilib - FOTOLARNUHÇIXAN xəbər verir ki, fevralın 24-də Naxçıvan Hərbi Kollecinin və Naxçıvan Hərbi Prokurorluğunun birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Vətənə sədaqət müqəddəsdir" və "Vətəni müdafiə hər bir vətəndaşın borcudur" mövzularında tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində kursantların tədris şəraiti və dərslərlə, kollecin kitabxanasında təşkil olunmuş kitab və jurnal sərgisi ilə tanış olublar.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra vətənpərvərlik mövzusunda videoçarx nümayiş edilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli çıxış edərək bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə bu ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi hər bir vətəndaşın, xüsusilə hərbi qulluqçuların və kursant heyətinin Konstitusiya dəyərlərinə, milli suverenliyə və yüksək vətənpərvərlik ruhuna olan bağlılığını daha da möhkəmləndirəcək.

Kursantlara təhsillərində uğurlar arzulayan Samir Seyidəhmədli onların Naxçıvan Hərbi Kollecinin adını yüksək tutaraq göstərilən etimadı doğruldacaqlarına əminliyini ifadə edərək qeyd edib ki, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində 2 il davam edən tədris dövründə kursantların qidalanması, təhsili, sosial təminatı və asudə vaxtının səmərəli təşkili üçün hərtərəfli şərait yaradılıb.

Naxçıvan hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Aqil Axundov dövlət başçısının Sərəncamı ilə 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunmasının əhəmiyyətindən danışıb. Qeyd edib ki, Azərbaycan Konstitusiyası ölkənin hüquqi və siyasi sisteminin təməlini təşkil edərək hüquq sisteminin bütövlüyünü və sabitliyini təmin edir.

Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik-leytenant Yaşar Hüseynov hərbi kollecin qısa zamanda böyük uğurlara imza atdığını vurğulayıb. Bildirib ki, cari tədris ilində muxtar respublikanın bütün dövlət orqanları, eləcə də media nümayəndələri ilə hərbi kollec arasında əlaqələr qurulub, birgə layihələr icra olunaraq tədbirlər keçirilib.

Sonda Ulu Öndər Heydər Əliyevin və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Konstitusiyamızın qəbulu, suverenliyimizin bərpasına dair tarixi xidmətlərindən bəhs edən qısametrajlı videoçarx nümayiş olunub, xatirə şəkli çəkdirilib.
Naxçıvan Hərbi Kollecində "Konstitusiya və Suverenlik İli" çərçivəsində tədbir keçirilib - FOTOLARNaxçıvan Hərbi Kollecində "Konstitusiya və Suverenlik İli" çərçivəsində tədbir keçirilib - FOTOLARNaxçıvan Hərbi Kollecində "Konstitusiya və Suverenlik İli" çərçivəsində tədbir keçirilib - FOTOLARNaxçıvan Hərbi Kollecində "Konstitusiya və Suverenlik İli" çərçivəsində tədbir keçirilib - FOTOLARNaxçıvan Hərbi Kollecində "Konstitusiya və Suverenlik İli" çərçivəsində tədbir keçirilib - FOTOLARNaxçıvan Hərbi Kollecində "Konstitusiya və Suverenlik İli" çərçivəsində tədbir keçirilib - FOTOLARNaxçıvan Hərbi Kollecində "Konstitusiya və Suverenlik İli" çərçivəsində tədbir keçirilib - FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1085   Tarix: 24 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ

2 noyabr